Kaliforniya çimərliklərindən birində həftə ərzində artıq ikinci dəfədir ki, uzunluğu dörd metrdən çox olan nəhəng nadir rementel balığı (“siyənək kralı”) görünüb.
Alimlər iki nəhəng ilanbalığının San-Andreas sınığı yaxınlığındakı dayazlığa düşməsini hələ ki, izah edə bilmirlər.
Hesab olunur ki, “siyənək kralı” dəniz ilanı əfsanəsinin yaranma səbəblərindən biridir, həmçinin yaxınlaşmaqda olan zəlzələnin əlamətlərindən söhbət açıldığı qədim yapon mifinin personajıdır.
“Siyənək kralı” hazırda yaşayan ən uzunquyruqlu balıq qismində “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.