Polşanın Vrotslav şəhərində ağır atletika üzrə Dünya çempionatı davam edir.
53 kiloqramadək çəki dərəcəsində yarışan qadınlar arasında Azərbaycanı Kristina Yovu təmsil edib.
O, toplamda 221 kq qaldıraraq yarışın gümüş mükafatçısı olub. Birinci yeri həmçinin 221 kq göstərici ilə çinli Li Yajun tutub. Çin təmsilçisi və Yovu birdən qaldırma (100 kq) və təkanla qaldırmada (121 kq) eyni nəticəni göstəriblər. Lakin Yajun çəkisinin daha yüngül olması səbəbindən (52,39 kq - 52,73 kq) qalib gəlib.