Təmir işləri ilə əlaqədar 22 oktyabr 2013-cü il tarixində saat 09:00-dan 18:00-dək Quba rayonuna və Göygöl rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.
Məlumata görə, bundan başqa, saat 10:00-dan 13:00-dək Qəbələ rayonuna, saat 10:00-dan 17:00-dək Masallı rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək İmişli, Ucar və Zərdab rayonlarına, saat 11:00-dan 18:00-dək Siyəzən və Xızı rayonlarının bir hissəsinə, saat 14:00-dan 17:00-dək isə Oğuz rayonuna təbii qaz verilişində fasilələr yaranacaq.