Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Polşada Azərbaycan Gənclər Birliyi yaradılır

Polşada Azərbaycan Gənclər Birliyi yaradılır


Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Vrotslav Universitetinin İnformatika İnstitutunda azərbaycanlı tələbələrlə görüşüb.



Səfirlikdən bildiriblər ki, görüşdə Polşa universitetlərində təhsil alan 25 azərbaycanlı tələbə ilə yanaşı, Polşa, Ukrayna, Almaniya, Rusiyadan tələbələr və institutun müəllim heyəti iştirak edib.



Polşa universitetlərində təhsil alan azərbaycanlı tələbələr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu haqqında təqdimat ediblər.



Sonra onların yaratdığı Azərbaycanlı Gənclərin Təşəbbüs Qrupunun təqdimatı edilib və qısa müddət ərzində qrupun əldə etdiyi nailiyyətlər haqda iştirakçılara ətraflı məlumat verilib.



Tələbələr bildiriblər ki, 2013-cü ilin sonuna qədər AYPU (Polşada Azərbaycan Gənclər Birliyi - Azerbaijani Youth Union in Poland) təşkilatının təsis olunması nəzərdə tutulub.



Səfir H.Həsənov, tədbir iştirakçılarına Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranma tarixindən danışıb və hər iki xalqın övladlarının ölkələrimizin tarixində qoyduqları izlər haqda məlumat verib.



Səfir Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 10 ildə əldə etdiyi nailiyyətlər və əhalinin sosial rifahının qaldırılması yönündə görülmüş işlərdən danışıb.



Azərbaycanda iqtisadi inkişafın, tolerantlığın və siyasi sabitliyin əsasında Prezident İlham Əliyev tərəfindən aparılan düzgün siyasətin durduğunu iştirakçılara bildirib. Çıxışın sonunda səfir tələbələrə hər bir azərbaycanlı gəncin ölkəmizi öz tərbiyəsi, əxlaqı, savadı və vətənpərvərliyi ilə təbliğ etməsinin vacib olduğunu vurğulayıb.



Tədbirin sonunda H.Həsənov Polşada təhsil alan bir qrup azərbaycanlı tələbəni güclənən və inkişaf edən Azərbaycanın uğurlarını Polşada təbliğində verdikləri töhfəyə görə səfirlik tərəfindən təsis olunmuş Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranmasının 540 illiyinə və bərpasının 20 illiyinə həsr olunmuş xatirə medalları təqdim edib.


Teqlər:
Bu xəbər cəmi 1695 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR