Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Avtomobilində pərdə olan deputatlar danışdılar

Avtomobilində pərdə olan deputatlar danışdılar
Fevralın 12-də Prezident İlham Əliyevin avtomobilində pərdə-plyonka olanlarla bağlı iradlarından sonra yol polisinin başladığı reydlər davam etdirilir. Bu arada, sürücülər arasında çaşqınlıq da yaranıb. Çünki “Yol hərəkəti haqqında” qanunda avtomobildə plyonkadan istifadəyə icazə verildiyi halda, yol polisi bunu nəzərə almır. Məsələ burasındadır ki, qanunda avtomobilə hansı həddə qədər plyonka vurulmasına icazə verildiyi açıq-aydın müəyyənləşdirilib. Yəni, həmin həddi aşdıqda cərimə yazıla bilər. Amma son günlər yol polisi əməkdaşları bütün növ pərdə-plyonka ilə bağlı reydlər keçirir və saxlanılan sürücülərin hamısı da cərimə olunur. Prezidentin qəzəbinə tuş gələnlər, əslində, məmurlar, tanınmış insanlar, deputatlar idi. Son vaxtlar şəhərdə şüşələri tünd olan avtomaşınların sayı doğrudan da artmışdı. Elə bəzi deputatların da maşını qaranlığa qərq olmuşdu. Amma indi mənzərə dəyişib. Publika.Az-ın millət vəkilləri arasında apardığı sorğudan məlum olub ki, artıq onların əksəriyyəti pərdədən istifadə etmir. Əvvəldən istifadə etməyənlər də var. Lakin prezidentin son çıxışından sonra avtomobilində olan pərdəni aşağı salanların da sayı az deyil. Deputatlar bunu özləri də etiraf ediblər.


Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, avtomobillərin yan şüşülərinə plyonka vurulmasına məhdudiyyət qoyulmalıdır. Bu da ondan ibarət olmalıdır ki, plyonka hansı səviyyəyə qədər vurula bilər, tündləşdirmə necə olmalıdır:



“Amma bunun tamamilə qadağan olunmasını düzgün hesab etmirəm. Çünki yayda hava çox isti olur. Hətta, kondisioner avtomobilin içərisini soyuda bilmir, gün adamı yandırır. Gedin baxın, isti ölkələrin hamısında avtomobillərin arxa yan şüşələrində plyonkaya, pərdəyə müəyyən həddə qədər icazə var”.



Qüdrət Həsənquliyev bildirib ki, yol polisinin bunları nəzərə almadan kampaniya xarakterli reydlər keçirməsi düzgün deyil. Əslində, belə tədbirlər daim görülməlidir:



“Qanunda yazılıb ki, pərdə-plyonka olmaz, yol polisi də heç nəyi nəzərdə almadan onları sökür. Bunları nəzərə alaraq, bu məsələ ilə bağlı qanunvericiliyi də təkmilləşdirmək lazımdır”.



Millət vəkili İlyas İsmayılov isə bildirib ki, o, indiyədək avtomobilində pərdə və plyonkadan istifadə etməyib:



“Çünki gizlətməyə heç nəyim yoxdur”.



Millət vəkili, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun cavabı isə həm gözlənilməz, həm də inanılmaz olub: “Mənim avtomobilim yoxdur”.



Millət vəkili Çingiz Əsədullayev bildirib ki, onun avtomobilində pərdə və ya plyonka yoxdur: “Mən istifadə etmirəm. Çünki hesab edirəm ki, qayda-qanun hamı üçün eyni olmalıdır. Millət vəkilləri isə hamıya nümunə olmalıdır. Digər tərəfdən, pərdə-plyonkaya ehtiyac da yoxdur. Çünki ölkəmizdə sabitlik var. Kimdən nə üçün gizlənirik və ya nəyi gizlədirik? Qayda-qanun varsa, ona əməl etmək lazımdır. Mən son günlər pərdə-plyonka ilə bağlı görülən tədbirləri dəstəkləyirəm”.



Millət vəkili Fazil Mustafa deyib ki, son günlər pərdə-plyonkalarla bağlı keçirilən reydlərdə anlaşılmazlıq var:



“Ümumiyyətlə, pərdə-plyonka məsələsinin qanunvericilikdə qoyulmasının özü yanlışdır. Pərdənin niyə vurulması qanunda əsaslandırılmalıdır. Bunu ya birdəfəlik qadağan etmək lazımdır ki, heç kəs vurmasın, ya da həmişəlik icazə verilməlidir. Mənim avtomobilimdə pərdə-plyonka olmayıb. Çünki mən bunu xoşlamıram. Avtomobilimin nə arxa şüşəsinə, nə də yan şüşələrinə heç vaxt pərdə-plyonka vurmamışam”.



Deputat Zahid Oruc da bəyan edib ki, onun avtomobilində indiyədək pərdə və ya plyonka olmayıb:



“Mən heç vaxt buna həvəs göstərməmişəm və bunun xüsusi azarkeşi olmamışam. Özümü heç zaman xüsusi pərdələrlə insanlardan kənarda saxlamamışam, necə deyərlər, izalə etməmişəm. Düşünürəm ki, cənab prezidentin bununla bağlı çağırışı iki istiqamətlidir. Birincisi, özünü maşınlarla xalqın nəzərindən kənarlaşdırıb saxlayanlarla bağlıdır. İkincisi isə ümumiyyətlə, cəmiyyəti görməyə mane olanlardır. Bunlar dövlətin siyasətini hansısa cinahdan iflic edib vətəndaşın gözündən salanlardır. Mənim anlamımda, cənab prezident hər iki pərdənin götürülməsinin tərəfdarı kimi çıxış edib”.



Deputat Sabir Rüstəmxanlı da avtomobilində plyonka olmadığını deyib:



“Şəxsən bizim buna ehtiyacımız yoxdur. Avtomobilin arxa yan şüşələrində müvəqqəti pərdələr var. Onu da istənilən vaxt çıxarmaq olur. Buna qarşı bir mövqe olmalıdır. Bir də görürsən ki, yığışdırırlar. Bir müddət keçəndən sonra isə hansısa şirkət pul qazanmaq istəyir və başlayırlar yenə də pərdə taxmağa. 2 ildən sonra da yeni sökməyə başlayırlar. Sanki camaatı soymaq üçün yarış gedir. Gah icazə verilir, gah qadağan edilir. Əgər prezident də bu işə qarışıbsa, deməli, birmənalı şəkildə ləğv olunmalıdır. Hər kəsdən örtülü, pərdəli gəzməyin mənasını da anlamaq mümkün deyil. Ölkədə elə şərait yaradılmalıdır ki, hər kəs öz maşınında açıq gəzsin”.



Millət vəkili Rasim Musabəyov ümumiyyətlə, pərdə-plyonkadan istifadə etmədiyini bildirib. O, buna ehtiyac görmədiyini də vurğulayıb:



“Ehtiyac olmadığına görə də heç vaxt pərdə vurmamışam. Təəssüf ki, bununla bağlı qaydalar müəyyən olunsa da, bir çoxları özlərini bu qaydalardan kənar sayırlar. Ona görə də, dövlət başçısı səviyyəsində bu məsələyə diqqət yetirilməsinə ehtiyac duyulur. Əslində, qəbul olunmuş qaydalara hamı əməl etməlidir”.



Millət vəkili Yevda Abramov isə “mənim plyonkalıq bir işim yoxdur” deyərək əlavə edib ki, avtomobilində plyonkadan istifadə etməyib: “Heç pərdə də yoxdur. Bu gün də yoxdur, əvvəl də olmayıb”.



Deputat Fəzail Ağamalı isə etiraf edib ki, onun avtomobilində pərdə var:



“Amma bu pərdələr istehsalçı zavod tərəfindən qoyulsa da, heç ondan istifadə etmirəm”.



Millət vəkili Astan Şahverdiyev deyib ki, o, pərdə-plyonkadan istifadə etməyib və hazırda da avtomobilində bu qurğuların heç biri yoxdur.



Millət vəkili Siyavuş Novruzov bildirib ki, pərdə-pylonka ilə bağlı ilk dəfə 6-7 il bundan əvvəl məsələ qaldırılıb:



“Mən də elə o vaxtdan istifadə etmirəm. İndi də mənim maşınımda pərdə və ya plyonka yoxdur”.



S.Novruzov əlavə edib ki, əgər pərdə-plyonka qanunla qadağan edilibsə, insanlar buna hörmətlə yanaşmalıdır:



“Kim hörmətlə yanaşmırsa, əlbəttə, cəzalanacaq, cərimə kəsiləcək”.



Millət vəkili Əhməd Vəliyev isə deyib ki, o, heç vaxt pərdə-plyonkadan istifadə etməyib:



“Nəyə görə istifadə etməliyəm ki? Məni xalq seçib və mən xalqın arasındayam. Ona görə də, hesab edirəm ki, mənim plyonkadan istifadə edib xalqdan gizlənməyim düzgün deyil”.



Millət vəkili İlham Məmmədov da avtomobildə pərdədən heç vaxt istifadə etmədiyini söyləyib:



“Hətta, mənim heç sürücüm də yoxdur. Maşını özüm idarə edirəm. Cənab prezident çox gözəl bir söz dedi ki, kimdən və niyə gizlənirlər? Burada hər şey qısa və konkret ifadə olunub. Mən kimdən gizlənməliyəm ki? Və yaxud da, başqaları kimdən gizlənməlidir? Təbii ki, pərdə-pylonka ilə bağlı qanun Milli Məclis tərəfindən qəbul olunub. Ona görə də, elə ilk növbədə Milli Məclisin deputatları, yəni, qanunu qəbul edənlər həmin qanuna əməl etməlidirlər. Çünki bizim hər birimizin arxasında 40-50 min seçici dayanır. Biz onları təmsil edirik. Heç bir ehtiyac yoxdur ki, mənim maşınımda pərdə olsun”.



Millət vəkili Aydın Abbasov isə etiraf edib ki, onun avtomobilində zavod tərəfindən qoyulan pərdə var:



“Son günlər onları da avtomatik olaraq aşağı salmışam. Hazırda pərdədən istifadə etmirəm”.



Deputat Çingiz Qənizadə avtomobilində plyonka olmadığını deyib və əlavə edib ki, ilk növbədə plyonkanı ölkəyə gətirənlərin qarşısı alınmalıdır:



“Mənim avtomobilimin arxa yan şüşələrində pərdə var. O da zavod istehsalıdır. Ondan istifadə edirəm. Çünki yayda gün adamın başına vurur. Amma yan şüşələri tamamilə bağlayıb gizlətməyə ehtiyac görmürəm. Mən bilən, arxa yan şüşələrdəki zavod istehsalı olan pərdələr 25 faizlikdirsə, onu sökmürlər”.



Deputat təklif edib ki, pərdə-plyonka məsələsinə birdəfəlik son qoyulmalıdır:



“Bu məsələnin tez-tez yüksək dairələrdə müzakirəsi yaxşı hal deyil. Qanunla qadağandırsa, həmin malların ölkəyə gətirilməsinə qadağa qoyulmalı, bu cür malları satan obyektlərdəki məhsullar isə satışdan çıxarılmalıdır. Çünki bu məhsulun istifadəsi qadağandırsa, satışı da qadağan olunmalıdır. Mən hesab edirəm ki, arxa yan şüşələri çıxmaq şərtilə, avtomobilin qadaq yan və ön şüşələrini görünməz vəziyyətə salmaq məqsədəuyğun deyil”.



Millət vəkili Ülvi Quliyev də etiraf edib ki, onun avtomobilində pərdə var:



“Arxa yan şüşələrdə zavod istehsalı olan pərdələr var. Amma istifadə etmirəm. Prezidentin bu məsələ ilə bağlı çıxışından sonra pərdədən istifadə etmirəm. Buna qədər müəyyən vaxtlarda istifadə edirdim. Amma indi belə bir göstəriş verilibsə, zavod istehsalı olan pərdələrə də icazə verilmirsə, onu da istifadə etmərəm. Hamı qanun qarşısında bərabərdir və hər kəs də qanuna tabe olmalıdır. İlk növbədə Milli Məclisin deputatları, məmurlar qanunlara əməl etməlidir ki, digərlərinə də nümunə olsun”.



Millət vəkili Fəzail İbrahimli digər həmkarlarından fərqli olaraq, avtomobilini göstərərək pərdə-plyonkadan istifadə etmədiyini və buna ehtiyac olmadığını söyləyib:



“Heç əvvəllər də istifadə etməmişəm, indi də etmirəm. Birincisi, pərdə-plyonka avtomobili sürməyə mane olur, arxanı, yanları görmək olmur. Yəni, sürücüyə əngəl olan bir şeydir. Ziyanından başqa heç bir xeyiri yoxdur. Digər tərəfdən də, kimdən və nə üçün gizlənməliyik ki? Mən üniversitet auditoriyalarındayam. Tələbələrimdən gizlənməmişəm. Cəmiyyətdə də mövqeyim məlumdur. Nəsə başqa işlərlə məşğul olmuram ki, nədənsə qorunum. Nədənsə, bu məsələ yalnız bizdə xüsusi dəb halına düşüb. Bir neçə il əvvəl deyilmişdi ki, olmaz. Yəqin ki, bu dəfə yığışdırılacaq”.



Millət vəkili Aqil Abbas isə pərdə-plyonkada ümumiyyətlə, istifadə etmədiyini söyləyib və bunun ziyanlı tərəflərindən danışıb:



“Pərdə-plyonka mənim görmə qabiliyyətimə ziyan edir. Ona görə də, hes dəbdə olan vaxtlarda da pərdə-plyonkadan istifadə etməmişəm, indi də etmirəm”.



Deputat Musa Quliyev pərdə-plyonkanın əleyhinə olmaqla yanaşı, öz avtomobilində bu qurğuların heç vaxt olmadığını söyləyib. Onun sözlərinə görə, buna marağı yoxdur:



“7-8 il bundan əvvəl bir qohumum plyonka gətirdi ki, dayı, bunu çəkək maşina. Dedim istəmirəm, lazım olsaydı zavod özü çəkərdi. O vaxtdan bəri istifadə etməmişəm. Qohumlarıma da məsləhət görmüşəm ki, plyonka vurmasınlar. Mənim dost-tanışlarımın içərisində plyonkalı maşın sürənlər yoxdur. Hesab edirəm ki, plyonkalı maşın sürmək bir qədər mədəniyyətsizliyin və nadanlığın göstəricisidir.”



Millət vəkili Rafael Cəbrayılovun avtomobilinin yan şüşələrində pərdə yox, plyonka var. Və o bildirir ki, bu pərdələr zavod istehsalıdır və Azərbaycan qanunları buna icazə verir:



“Mənim və sürücümün idarə etdiyi avtomobilin arxa yan şüşələrində 25-in 75-ə olan, yəni, 25 faizlik plyonka var. “Yol hərəkəti haqqında” qanuna görə, hətta, bu plyonka tam görünməz olsa belə, buna icazə verilir. Bir şərtlə ki, avtomobilin yan güzgüləri olmalıdır. Əgər avtomobil “Cip”dirsə, onun baqaj hissəsindəki şüşələri plyonka ilə tam bağlamağa qanun icazə verir. Ondan əvvəlki şüşələrə, yəni, avtomobilin arxa yan şüşələrinə isə 30 faizlik plyonka çəkməklə görüntünü məhdudlaşdırmaq olar. Yəni, burada faiz nisbəti 70-in 30-adır. Sürücünün yanındakı yan şüşələrə 60-ın 40-a olan plyonka çəkməyə icazə verilir. Amma alın şüşəsinə, yəni, “parpresə” 75-in 25-ə olan, yəni, 25 faizlik plyonka çəkməyə icazə verilir. Mənim bu dediklərimin hamısı qanunda nəzərdə tutulan hallardır. Amma sözsüz ki, bəziləri bundan sui-istifadə edərək şüşələri tam qaraldırllar. Əgər onların qaranlıq bir işi yoxdursa, niyə özlərini qaranlığa bürüyürlər? Düşünürəm ki, son günlər bu məsələ ilə bağlı görülən tədbirlər məqsədəuyğundur. Çünki qanun hamı üçün qanundur. Sadəcə, bunu icra etmək lazımdır. İndi bir çox vəzifəli şəxs avtomobilindən tünd pərdə-plyonkanı çıxarıb. Düşünürəm ki, belə də olmalı idi". 


Teqlər:
Bu xəbər cəmi 2695 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR