Yanvar-sentyabr aylarında nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 1.3 milyard nəfər sərnişin daşınıb.
Doqquz ayda sərnişindaşıma ötən ilin müvafiq dövründən 7.8 faiz çox olub.
Sərnişin daşınması avtomobil nəqliyyatı ilə 8.1 faiz, metro ilə 6.1 faiz artıb.
Hesabat dövründə 161.6 milyon ton yük daşınıb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 2.8 faiz çox təşkil edib.
Yük daşınması avtomobil nəqliyyatı ilə 6.0 faiz, dəmir yolu ilə 0.1 faiz, hava nəqliyyatı ilə 87.2 faiz artıb.