ANS PRESS məsələni dəqiqləşdirmək üçün araşdırma aparıb. İlk öncə öyrənib ki, V.Əsədov məzuniyyətə çıxıb. Onun həyat yoldaşı Nazilə Əsədovanın sayta verdiyi məlumata görə, hazırda Vaqif müəllim Yesentukidə müalicə olunur. “Vaqif müəllimin işdən çıxarılması barədə məlumat verilməyib. Boş söhbətdir. O, müalicə olunmaq üçün məzuniyyət götürüb”, - deyə Nazilə Əsədova bildirib.
Bölmə rəisinin işdən çıxarılması ilə bağlı Bakı şəhər Yol Polis İdarəsilə əlaqə saxladıq. İdarədən məlumatın tamamilə yalan olduğu bildirilir.