Sabah axşamdan başlayaraq Azərbaycan ərazisində hava yağıntılı, küləkli keçəcək, bəzi rayonlarda qar və sulu qar yağacağı proqnozlaşdırılır, havanın temperaturu 10 dərəcəyə kimi enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Axşam havanın tutqun olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyinin sürəti 8-13 m/s olacaq, küləyin sürəti arabir 18-20 m/s-dək güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək, külək arabir 23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 14-16, günün birinci yarısında 24-29, axşama doğru 19-21 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 20-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 18-23 m/s olacaq, küləyin sürəti arabir 25-30 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 10-13, gündüz 15 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 19-da axşam, 20-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ zonasının bəzi ərazilərində, o cümlədən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında oktyabrın 19-da axşam, 20-də yağış yağacağı, yağıntının bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Mərkazi-Aran rayonlarında havanın temperaturunun gecə 11-16, gündüz 23-28, oktyabrın 20-də 14-19 dərəcə isti olacağı gözlənilir.
Qeyd edək ki, oktyabrın 16-dan Azərbaycanda mülayim hava şəraiti müşahidə edilir. Bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gündüz 23-28, Aran rayonlarında gündüz 22-27 dərəcə isti müşahidə ediləcək.