Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

MSK seçkilərlə bağlı yekun protokolu məhkəməyə göndərdi

MSK seçkilərlə bağlı yekun protokolu məhkəməyə göndərdi


Mərkəzi Seçki Komissiyası (MSK) bugünkü iclasında 9 oktyabrda keçirilmiş prezident seçkilərinə yekun vurub.



Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələri üzrə protokolu tərtib edilərək komissiya üzvləri tərəfindən imzalanıb.



Sonra nəticələr təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilib.



MSK sədri Məzahir Pənahov iclasda bildirib ki, seçkilərin yekunları ilə bağlı rəylər onu deməyə əsas verir ki, seçkilər çox mütəşəkkil şəkildə keçirilib, seçicilər maneəsiz olaraq məntəqələrə gəlib: "Səsvermə 5192 məntəqədə veb-kameralar, yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə aparılan müşahidələr altında keçib".



Onun sözlərinə görə, MSK-ya oktyabrın 9-da seçkilərin gedişi ilə bağlı ciddi müraciət daxil olmayıb: "Seçkilərə zərrə qədər kölgə sala biləcək fakt baş verməyib".



O, əlavə edib ki, artıq MSK daxil olmuş bütün müraciətləri araşdırıb.

Qeyd edək ki, oktyabrın 9-da keçirilmiş prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,54 faiz (3 126 113 seçici) səs toplayaraq böyük üstünlüklə qalib gəlib.



Digər namizədlərin səsləri isə belədir:

Cəmil Həsənli - 5,53% (204 642 səs)

İqbal Ağazadə - 2,40% (88 723 səs)

Qüdrət Həsənquliyev - 1,99% (73 702 səs)

Zahid Oruc - 1,46% (53 839 səs)

İlyas İsmayılov - 1,07% (39 722 səs)

Araz Əlizadə - 0,87% (32 069 səs)

Fərəc Quliyev - 0,86% (31 926 səs)

Hafiz Hacıyev - 0,66% (24 461 səs)

Sərdar Məmmədov - 0,61% (22 773 səs)


Teqlər:
Bu xəbər cəmi 1595 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR