Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“İsgəndər Həmidova bir yumruq qoysam, kifayətdir”

“İsgəndər Həmidova bir yumruq qoysam, kifayətdir”
“İsgəndər Həmidov mənim yarım boydadır. Bir yumuruq qoysam, kifayətdir. O kimdir ki, məni döyüb maşının altına salsın”. “Qafqazinfo” xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında xalq artisti Rasim Balayev sabiq daxili işlər naziri İsgəndər Həmidovun onu döyməsilə bağlı “Reytinq” qəzetinə dediklərinə münasibət olaraq bildirib.


İ.Həmidov qəzetə müsahibəsində bildirib: “Mən Rasim Balayev kimi adamlara başqa prizmadan baxıram. Bu adam "rol"a girib, hələ də çıxa bilmir. Bir dəfə Rasim Balayev əlində toppuz, üzü tük içərisində "Dədə Qorqud" filminin çəkilişindən gəlirdi. Mübahisəmiz düşdü, bir yumruq vurdum, girdi "Qaz-24" avtomobilinin altına, çıxa bilmədi. Saçından tutub avtomobilin altından çıxardım. Toppuzuna da bir təpik vurdum, qalxdı göyə, o vaxtdan bu günə kimi hələ özünə gələ bilmir. Mən onlara həyatın tullantıları kimi baxıram”.



R.Balayev qeyd etdi ki, sabiq nazirin onun barəsində dediklərindən hələ özünə gələ bilməyib: “Onu həyatda cəmi bir dəfə görmüşəm. Məmməd Arazın yas yerində. Balamın canı, onunla üz-üzə belə gəlməmişəm. Guya məni vurub girmişəm “Qaz-24”-ün altına. O mənim qıçım boydadır. Bir dənə qoyaram, yox olar. Hələ indi qocalmışam. O vaxt Babəki, Beyrəyi oynayan vaxtlarım idi. Deyir, Rasimi vurdum, düşdü maşının altına, saçından yapışıb çıxardım, əlindəki toppuza da bir təpik vurdum. Mən toppuzla gəzən adamam? Çəkiliş qurtaranda toppuzu da qoyursan bazaya da. Özün ilə aparmırsan axı”.



Xalq artisti bildirdi ki, onun İ.Həmidovla heç vaxt münaqişəsi olmayıb: “Çəkilişlər olub Şamaxıda. İsgəndərin Şamaxıda nə işi olub? Gərək, “Qaz-24”-ü qaldırasan ki, mən onun altına girəm. Özü də məni bir yumuruqla vurub maşının altına salıb. Bu adam yuxu görüb, nədir? İsgəndərin nömrəsini axtarıram, özündən soruşacam, görüm bu nə sözdür danışıb?”.


Teqlər:
Bu xəbər cəmi 2910 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR