Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə bu il 80,5 min hektar sahədə payızlıq taxıl səpini həyata keçiriləcək.
Rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq taxıl səpininə start verilib.
Məlumatda qeyd edilir ki, rayonun toxumçuluq təsərrüfatlarında səpin üçün laboratoriya müayinəsindən keçirilən 17 min 140 ton toxum fondu yaradılıb.
Səpininin optimal müddətdə başa çatdırılması üçün fermerlər sahələrə 160 şum traktoru, 128 taxılsəpən aqreqat, mala və digər texnika cəlb edib. İndiyədək Bolludərə, Sarıca, Qaratorpaq, Turan və digər ərazilərdəki təsərrüfatlarda 4 min hektara yaxın sahəyə arpa səpilib. Havaların əlverişli keçməsindən yararlanaraq səpinin dekabr ayına kimi başa çatdırılması proqnozlaşdırılır.