Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanovun Publika.Az-a müsahibə verib. Əsasən mədhiyyə deyən Mərdanov əlavə 2 suala da cavab veib ki, onları təqdim edirik:
-Yeni nazirin fəaliyyətini izləyirsiniz?
-Mən yalnız bu komandaya uğur arzulaya bilərəm. Hələ ki, bundan başqa söz deyə bilmərəm. Hələ tezdir. İşlərində uğur arzu edirəm.
- Bəzi KİV-də sizin müəyyən biznes fəaliyyəti ilə məşğul olmanız barədə məlumatlar yayılıb. Ümumiyyətlə, bizneslə məşğul olursunuz?
-Əlbəttə ki, bütün bunların hamısı yalandır. Mən elm adamı olduğum üçün heç bizneslə məşğul da ola bilmərəm. Mən biznes işi ilə heç maraqlanmıram da. Mən biznes işini bacarmaram. Ümumiyyətlə, mənim biznesim olmayıb və ola da bilməz.