Filippinin cənubunda 7,2 bal gücündə zəlzələ olub.
Bu barədə ABŞ Geoloji Xidməti (USGS) xəbər yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 08:13-də (Bakı vaxtı ilə 05:13) baş verib. Zəlzələnin episentri Bohol adasında, ocağı isə 33 kilometr dərinlikdə olub. Bir qədər sonra 4 dəqiqə ərzində 5,4 və 5,2 bal gücündə təkrar təkanlar qeydə alınıb.
Zəlzələ nəticəsində Kebu şəhərində bina dağılıb, 10 nəfər ölüb, 25 nəfərdən artıq yaralı var.
Sunami təhlükəsi yoxdur.