Hindistan hakimiyyəti “Feylin” qasırğasının yaxınlaşması səbəbindən son 20 il ərzində əhalinin ən irimiqyaslı təxliyəsini həyata keçirir.
Orissa və Andxra Pradeş ştatlarının 500 minədək sakini təxliyə olunub.
Qeyd edək ki, “Feylin” qasırğası Hindistana Benqal körfəzi tərəfindən yaxınlaşır. Meteoroloji xidmətin məlumatına görə, küləyin sürəti saatda 220 km təşkil edir. Son məlumatlara görə, qasırğa artıq ölkənin şərq sahillərinə çatıb. Təbii fəlakət nəticəsində əhali arasında artıq ölənlərin olduğu bildirilir.