Zaqatala rayon Məşğulluq Mərkəzinin köməyi ilə bu ilin doqquz ayında 474 nəfər işlətəmin olunub.
Bunla yanaşı 30 nəfər ictimai işlərə, 30 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.
Bildirilir ki, qeyri-məşğul əhalinin işlə təmin olunması istiqamətində tədbirlər ardıcıl davam etdirilir. Belə ki. ilin əvvəlindən mərkəzə 878 nəfər müraciət edib və 620 nəfər işaxtaran kimi qeydiyyata alınıb. Mərkəz tərəfindən gənclərin peşə seçmələrinə kömək məqsədi ilə bir sıra layihələr həyata keçirilib. Belə ki, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşəyönümü işinin təşkili” və “Məşğulluq xidməti orqanlarının fəaliyyətində sosial tərəfdaşların rolu” mövzularında “dəyirmi masa”lar təşkil olunub, yeniyetmə və gənclərə istiqamət verilib.