Oktyabrın 1-ə olan məlumata görə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 mln. 580 min 474-ə çatıb.
Bunların da 1 mln. 561 min 399-u əhali, 19 min 075-i isə qeyri-əhali abonentidir.
Həmin abonentlərin 684 min 154-ü Bakı şəhəri (674 min 291 əhali, 9 min 863 qeyri-əhali abonenti), 896 min 320-i isə regionların (887 min 108 əhali, 9 min 212 qeyri-əhali abonenti) payına düşür.
1 sentyabr tarixə olan məlumata əsasən, əhali kateqoriyasına aid abonentlərinin mənzillərində 793 min 383 ədəd “smart-kart” tipli sayğac quraşdırılıb.
Xatırladaq ki, 2013-cü ilin yanvarın 1-ə olan məlumata görə, bu rəqəm 594 min təşkil etmişdi.