Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti müqəddəs Qurban Bayramı münasibətilə bütün Bakcell abunəçilərinə Bakı şəhərində Wi-Fi internet xidmətlərindən pulsuz yararlanmaq imkanını yaradır.
Bu ilin yay aylarında istifadəyə verilimiş Bakcell-in Wi-Fi layihəsi çərçivəsində Bakı şəhərinin müxtəlif yerlərində yüksək sürətli Wi-Fi İnternet xidmətləri təklif olunur.
Wi-Fi xidməti mobil cihazlar, noutbuklar, planşetlər və digər oxşar cihazlar üçün nəzərdə tutulub.
Azərbaycanın ən geniş çöl Wi-Fi əhatəsini təşkil etmək üçün Bakcell şirkəti ən son texnologiyalar tətbiq etmiş və Qurban bayramından etibarən böyük məmnuniyyətlə bu xidməti bütün Bakcell abunəçilərinə pulsuz olaraq təklif edir.
Wi-Fi xidməti aşağıda qeyd olunan yerlərdə göstərilir: Elmlər Akademiyası və Hüseyn Cavid parkı, Filarmoniya Parkı və İçəri Şəhər metro stansiyasının ətrafı, Fəvvarələr Meydanı, Nizami küçəsi, Zərifə Əliyeva adına park, Nərimanov parkı, Sabir bağı, Xəqani parkı, Sahil parkı, Texniki Universitet, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Muğan parkı, Səməd Vurğun Parkı, Qış Parkı və Heydər Əliyev adına Park (Azərbaycanın Mərkəzi Bankı ilə üzbəüz).
Bu xidmətdən bütün Bakcell abunəçiləri yararlana bilər. Bakcell Wi-Fi xidmətinə qoşulmaq üçün balansınız aktiv vəziyyətdə olmalıdır. Mövcüd “hotspot” siyahısından Bakcell Wi-Fi xidmətini seçin və qoşulma şifrəsini əldə etmək üçün asan qeydiyyat prosesindən keçin. Şifrəni alandan sonra əsas səhifədə onu daxil edin və PULSUZ Wi-Fi internetindən yararlanın.
İnternet xidmətinin sürəti ən yaxın Wi-Fi giriş nöqtəsinə olan məsafədən asılı olaraq 10Mb/s qədər təşkil edir. Bakcell Wi-Fi xidmətindən pulsuz istifadə 13.10.2013-cü il tarixdən 30.12.2013-cü il tarixinə qədər mümkün olacaq.
Bakcell öz müştərilərini ən mükəmməl şəbəkə keyfiyyəti ilə təmin etmək üçün şəbəkəyə sərmayə qoyuluşunu davam edəcək və Wi-Fi zonaları yaxın gələcəkdə yeni ünvanlarda da təşkil ediləcək.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Sayı 1000-dən artıq olan 3G stansiyaları sayəsində, Bakcell-in 3G xidməti ölkənin bütün bölgələrində təklif olunun, əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. 299 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçiləri ən üstün müştəri təcrübəsi ilə təmin etməkdədir.
Uzun müddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində, Bakcell şirkəti Mançester Yunayted-in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq, ölkənin futbol həvəskarları və xüsusilə də Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklyuziv kontenti təqdim etməkdədir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.