Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda yeni İngilis Dili Mərkəzi fəaliyyətə başlayacaq

Azərbaycanda yeni İngilis Dili Mərkəzi fəaliyyətə başlayacaq


Azərbaycan Diplomatik Akademiyası (ADA) British Council Azərbaycan ilə birgə noyabr ayından Bakıda fəaliyyətə başlayacaq İngilis Dili Mərkəzinin yaradılmasına dair anlaşma memorandumu imzalayıb.



ADA-dan bildiriblər ki, tədbirdə xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev, icraçı prorektoru Fariz İsmayılzadə, British Council Azərbaycanın direktoru Elizabet Uayt, ADA-nın Humanitar və Dəqiq Elmlər İnstitutunun dekanı Vəfa Kazdal çıxış edərək mərkəzin əhəmiyyətindən və gətirəcəyi yeniliklərdən danışıb.



Daha sonra anlaşma memorandumu imzalanıb.



Tədbir zamanı Elizabet Uayt bu yeni əməkdaşlıq ilə Azərbaycanda daha geniş kütlənin ingilis dili haqqında məlumatlanacağına və mərkəzin tələbələr üçün böyük imkanlar yaradacağına əminliyini ifadə edib.



V.Kazdal isə deyib: “ADA-da əsas məqsəd tədris sisteminə yeniliklər, Azərbaycan və regiona yeni təhsil yanaşması gətirməkdir. Bu baxımdan British Council və ADA-nın İngilis Dili Mərkəzi məqsədimizə çatmaq yolunda atılmış addımlardan biridir”.



Qeyd edək ki, Azərbaycan Diplomatik Akademiyası və British Council arasında başlanacaq bu əməkdaşlığın əsas məqsədi Azərbaycanda ingilis dilini öyrənmək istəyən şəxsləri beynəlxalq kvalifikasiya ilə təmin edərək ölkədə bu dilin tədrisinin keyfiyyətinin yüksəldilməsinə xidmət göstərməkdir. Mərkəz eyni zamanda, ingilis dilinin təhlil edilməsi və bununla da Azərbaycanda ingilis dilini öyrənmək istəyən şəxslər üçün daha yaxşı imkanların yaradılması ilə də məşğul olacaq.



İngilis Dili Mərkəzi ADA-nın kampusunda fəaliyyət göstərəcək, kurslar British Council tərəfindən təşkilatın keyfiyyət standartlarına uyğun şəkildə aparılacaq. Kurslar hər kəs üçün açıq olacaq.


Teqlər:
Bu xəbər cəmi 1310 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR