Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dünyanın 400 ən yaxşı universitetlərinin növbəti reytinq cədvəli açıqlanıb

Dünyanın 400 ən yaxşı universitetlərinin növbəti reytinq cədvəli açıqlanıb


Britaniyanın “Times Higher Education” jurnalı 2013-2014-cü illər üzrə dünyanın 400 ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini açıqlayıb.



“Times Higher Education”un növbəti araşdırması dünya ölkələrindən 10 minə yaxın ali məktəbi əhatə edir.



Reytinq “Thomson Reuters” kompaniyasının təqdim etdiyi ali məktəblərin fəaliyyətini əks etdirən məlumatlara əsaslanır. Reytinq cədvəlinə artıq 3 ildir ki, fasiləsiz olaraq Amerikanın Kaliforniya Universiteti başçılıq edir. Dünyanın 200 ən nüfuzlu universitetlərinin siyahısına əsasən Amerika və Böyük Britaniya universitetləri liderlik edir. İlk onluqda Amerika 7, Böyük Britaniya 3 ali məktəblə təmsil olunur.



Harvard Universiteti Oksford Universiteti ilə birlikdə siyahının 2-3-cü sırasında yerləşib. Stenford Universiteti 4-cü, Massaçusets Texnologiya Universiteti isə 5-ci yeri tutublar.  



Avropanın ən güclü universitetləri Böyük Britaniyanın payına düşür. Reytinq cədvəlində bu ölkənin 31 ali məktəbi yer alıb. 200-lüyə Niderlandın 12, Almaniyanın 10, Fransanın 8, İsveçrənin 7, Belçikanın 5 universiteti daxil olub.



Asiyada liderlik Yaponiyanın Tokio Universitetinə (23-cü yer) məxsusdur. Sinqapurun Milli Universiteti Avstraliyanın Melburn Universitetini (34-cü yer) qabaqlayaraq 26-cı yerə çıxıb. Çinin Pekin Universiteti 45-ci yerdə qərarlaşıb. Türkiyənin Boğaziçi Universiteti 200 universitet arasında 199-cu yerdədir.



Rusiya ali məktəbləri dünyanın 200 ən yaxşı universitetləri sırasına daxil ola bilməyiblər. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti bu siyahıda 226-250-ci yerləri tutan ali məktəblər qrupuna daxildir. Ötən il MDU “201-225” ali məktəblər qrupuna daxil olub.



“Times Higher Education” jurnalının redaktoru Fill Beytin sözlərinə görə, Rusiya ali məktəbləri getdikcə reytinq cədvəlinin yüksək sıralarından uzaqlaşmağa başlayıblar.


Teqlər:
Bu xəbər cəmi 1685 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR