2013-cü ilin sentyabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz, sərnişindaşıma tarifləri isə 0,7 faiz ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytında bildirilib.
Dəmiryol nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,2 faiz, idxal üzrə 4,1 faiz və tranzit üzrə 0,8 faiz ucuzlaşıb, yerli əlaqə üzrə isə 3 faiz bahalaşıb. Dəmiryol nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 3,3 faiz ucuzlaşıb.
Boru kəməri vasitəsilə qazın və neftin nəqlolunma tarifləri üzrə və həmçinin avtomobil və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə dəyişiklik müşahidə olunmayıb.
Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,9 faiz, digər xarici ölkələrə isə 4,1 faiz ucuzlaşıb.