Sentyabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,1 faiz bahalaşıb.
Ərzaq məhsullarının qiymətləri 0,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb.
Ay ərzində çörəyin, qarabaşaq yarmasının, almanın, armudun, heyvanın, narın, üzümün, qozun, fındığın, şabalıdın, bibərin, kələmin, çuğundurun, kökün, göyərtinin, soğanın, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, mal və qoyun ətinin, toyuq ətinin, kolbasa məmulatlarının, düyünün, makaronun, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, kartofun, göy lobyanın, badımcanın, limonun qiymətlərində isə bahalaşma müşahidə olunub.
Sentyabr ayında qeyri-ərzaq mallarından minik avtomobilinin, iri alət və avadanlıqların, inşaat materiallarından parketin, sementin qiymətləri ucuzlaşıb. Ucuzlaşma ilə yanaşı ay ərzində geyim və ayaqqabının, xalça və digər döşəmə örtüklərinin, məişət cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.