Ötən ilin may ayında baş vermiş zəlzələ zamanı zərər görən 6 körpələr evi-uşaq bağçasında bərpa-gücləndirmə işlərinin aparılması qərara alınıb.
Bildirilir ki, rayon rəhbərliyi Nazirlər Kabineti qarşısında məsələ qaldırıb və müsbət həllini tapıb. Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən artıq Qax şəhərindəki 4 və 6 saylı, eləcə də İlisu, Qorağan və Qapıçay kəndlərindəki uşaq bağçalarında bərpa-gücləndirmə işlərinə başlanılıb. Rayonun Zərnə kəndindəki uşaq bağçasında isə işlərə yaxın günlərdə start veriləcək.
Bağçalarda bərpa-gücləndirmə işlərinin ilin sonunadək başa çatdırılması planlaşdırılıb.