Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) 1 saylı tələbə yataqxanasının açılışı baş tutub.
Açılış mərasimində ATU-nun rektoru Əhliman Əmiraslanov iştirak edib.
Ə.Əmiraslanov əsaslı təmirdən çıxan yataqxana binasındakı otaqları gəzib, burada tələbələr üçün yaradılan şəraitlə tanış olub. Qeyd olunub ki, 180 nəfər üçün nəzərdə tutulan yataqxanada oğlan tələbələr yaşayacaq. Beşmərtəbəli yataqxana binasının hər mərtəbəsində mətbəx, yeməkxana, hamam var. Otaqlar çarpayı ilə yanaşı yazı masası, zəruri mebel və sanitar qovşağı ilə təmin olunub.
Müasir yataqxana binasının hər mərtəbəsində istirahət otaqları, tələbələrin yaxınları ilə görüşməsi üçün 2 qonaq otağı, oxu zalı da fəaliyyət göstərir. Binanın ikinci mərtəbəsində xarici tələbələr üçün nəzərdə tutulub. Burada 15 təkadamlıq otaq, 8 dörd nəfərlik, 8 iki nəfərlik, 39 üç nəfərlik otaqlar var.
Qeyd edək ki, hazırda ATU-da 6 yataqxana binası fəaliyyət göstərir.