2014-cü ildə ölkə iqtisadiyyatına 18,4 mlrd. manat və ya cari ilə nisbətən 2,9% çox investisiyanın yönəldiləcəyi proqnozlaşdırılır.
İqtisadi İnkişaf Nazirliyinin hazırladığı Azərbaycanın iqtisadi və sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən daxili investisiyaların ümumi investisiyalardakı xüsusi çəkisi 70,4%, xarici investisiyaların payı isə 29,6% həddində gözlənilir.
Cəlb edilən investisiyaların 68,5%-nin qeyri-neft sektoruna yönəldilməsi proqnozlaşdırılır.
Növbəti ildə dövlət investisiyaları 9,7 mlrd. manat olacaq. Qeyri-dövlət investisiyalarının ümumi investisiyalardakı payı 47,5% (8,7 mlrd. manat) həddinə çatacaq.
Qeyd edək ki, 2013-cü ildə bu göstəricinin 17 mlrd. 876 mln. manat olması gözlənilir. 2012-ci ildə isə ölkə iqtisadiyyatına qoyulan investisiyanın həcmi 15 mlrd. 407 mln. manat təşkil edib.