Azərbaycan Respublikasında keçirilən seçkilərdə səsvermə günü seçki bülleteni alarkən seçicinin barmağının gözə görünməyən mürəkkəblə işarələnməsi və belə mürəkkəbin aşkar edilməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 102-ci, 104.6- cı maddələri və bu Təlimatla tənzimlənir.
1. Ümumi müddəalar
1.1. Seçicilərin səsvermə hüququnun qanunauyğun təmin edilməsi məqsədilə səsvermə prosesində qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlərlə yanaşı, seçicilərin barmaqlarının işarələnməsi və belə işarənin aşkar edilməsi qaydaları tətbiq edilir.
1.2. Səsvermə günü seçki bülletenini alarkən seçicinin barmağının işarələnməsi xüsusi tərkibli zərərsiz, gözə görünməyən maye şəklində olan mürəkkəbi çiləməklə məntəqə seçki komissiyasının üzvü tərəfindən həyata keçirilir. Seçicinin barmağının mürəkkəblə işarələnməsini müəyyən etmək üçün isə ultrabənövşəyi lampadan istifadə edilir.
1.3. Ultrabənövşəyi lampalardan və mürəkkəb balonlarından yalnız bu Təlimatla müəyyən edilmiş məqsədlərlə istifadə edilə bilər.
2. Ultrabənövşəyi lampaların, ehtiyat batareyaların və mürəkkəb balonlarının aşağı seçki komissiyalarına verilməsi qaydaları
2.1. Bu Təlimatın 1.2-ci bəndində göstərilmiş məqsədlər üçün hər bir seçki məntəqəsi aşağıdakı ləvazimatlarla təmin edilir:
2.1.1. ultrabənövşəyi lampa (azı 1 ədəd);
2.1.2. ehtiyat batareya (1 dəst);
2.1.3. çiləyicisi olan mürəkkəb balonu (seçicilərin sayı nəzərə alınmaqla 500 nəfərə 1, 1000 nəfərə 2, 1500 nəfərə 3 ədəd).
2.2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) səsvermə gününə ən geci 5 gün qalmış bu 2 Təlimatın 2.1-ci bəndində nəzərdə tutulmuş ləvazimatları seçici siyahısına daxil edilmiş seçicilərin sayına uyğun bölüşdürərək, müvafiq akt əsasında dairə seçki komissiyalarına verir (Təlimata 1 saylı əlavə).
2.3. Dairə seçki komissiyaları bu Təlimatın 2.1-ci bəndində göstərilən ləvazimatları bu Təlimatın 2.2-ci bəndindəki qaydada səsvermə gününə ən geci 2 gün qalmış müvafiq akt əsasında məntəqə seçki komissiyalarına verir (Təlimata 2 saylı əlavə).
2.4. Ultrabənövşəyi lampaların, ehtiyat batareyaların və mürəkkəb balonlarının yararlılığı onları qəbul edən seçki komissiyaları tərəfindən təhvil
alındıqdan sonra, habelə səsvermə günündən əvvəlki gün yoxlanılmalıdır. Bu ləvazimatlardan hər hansı biri və ya hamısı işlək vəziyyətdə olmadıqda və qüsurların aradan qaldırılması mümkün olmadıqda, məntəqə seçki komissiyasının üzvləri tərəfindən bu barədə akt tərtib edilməli və dərhal dairə
seçki komissiyasına məlumat verilməlidir. Dairə seçki komissiyası həmin məntəqə seçki komissiyasını təxirəsalınmadan yeni ləvazimatlarla təmin etməyə borcludur. Həmin ləvazimatlar səsvermə otağında saxlanılmalıdır.
2.5. Ultrabənövşəyi lampanın və mürəkkəb balonlarının verilməsi və saxlanması üçün seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.
3. Səsvermə günü ultrabənövşəyi lampadan və mürəkkəb balonlarından istifadə edilməsi qaydası
3.1. Ultrabənövşəyi lampanın və mürəkkəb balonlarının seçki məntəqəsi açılmazdan əvvəl yoxlanılmasını, seçicinin barmağının gözə görünməyən mürəkkəblə işarələnməsini və belə işarənin olub-olmamasını müəyyən etmək prosesini Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə edə bilər.
3.2. Məntəqə seçki komissiyasının sədri tərəfindən aparılmış iş bölgüsü əsasında seçki məntəqəsinə gələn seçiciləri qarşılayan komissiyanın üzvü
əvvəlcə məntəqəyə daxil olan seçicinin şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədi, habelə ultrabənövşəyi lampadan istifadə etməklə onun barmağında gözə görünməyən mürəkkəbin olub-olmamasını yoxlayır. Komissiya üzvü lampanı barmaqdan 2-3 sm məsafədə, parlaq işıqdan kənarda saxlamalıdır. Barmağın müvafiq mürəkkəblə işarələndiyi aşkar edilərsə, ondan seçki məntəqəsini tərk etmək xahiş olunur. Barmağında mürəkkəb aşkar edilməyən seçicinin seçki məntəqəsinə daxil olmasına şərait yaradılır.
3.3. Seçiciyə bülleten verilməsinə cavabdeh komissiya üzvü onun şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədi yoxlayır, həmin seçki məntəqəsində səsvermə hüququna malik olmasını yəqin etdikdən sonra seçiciyə seçici siyahısına və ya qeydiyyatdançıxma vəsiqəsinə imza atmazdan əvvəl barmağının gözə görünməyən mürəkkəblə işarələnməsini təklif edir. Seçici 3 razılaşdıqda, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsini çiləmə üsulu ilə həmin mürəkkəblə işarələyir. Əgər seçicinin həmin barmağı yoxdursa onun növbəti yaxın barmağı, sol əli yoxdursa, sağ əlinin baş barmağı mürəkkəblə işarələnir (seçicinin sağ baş barmağı yoxdursa, yuxarıda göstərilmiş digər qayda tətbiq edilir). Seçki komissiyasının üzvü seçicinin dırnaq və dərisinin bir hissəsinin mürəkkəblə işarələndiyini yəqin etməlidir. Komissiya üzvü seçicidən mürəkkəbin quruması üçün gözləməsini və barmağına toxunmamasını xahiş edir.
3.4. Barmağının mürəkkəblə işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilməyəcəyi izah edilməlidir. Seçici razılaşmadıqda, ondan seçki
məntəqəsini tərk etmək tələb edilməli və bu barədə seçici siyahısında həmin seçicinin adının qarşısında “işarələnmədən imtina etdi” qeydi aparılmalıdır.
3.5. Səsvermə otağından kənarda səsvermə zamanı seçicinin barmağı gözə görünməyən mürəkkəblə işarələnmir.
Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin "Bizim hüquq: imkan və çərçivələr" layihəsi üçün hazırlanıb.