2014-cü ildə ölkə üzrə real iqtisadi artım 5,2% olmaqla ümumi daxili məhsul istehsalı bazar qiymətləri ilə 58,6 mlrd. manat təşkil edəcək.
İqtisadi İnkişaf Nazirliyinin hazırladığı Azərbaycanın iqtisadi və sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən neft sektoru üzrə ümumi daxili məhsulun 1,5 faiz azalacağı nəzərdə tutulduğu halda, qeyri-neft sektorunda əlavə dəyərin 36 mlrd. manat və ya cari ilə nisbətən 10% real artımı proqnozlaşdırılır ki, bu da növbəti ildə də qeyri-neft sektorunun inkişafının yüksələn xətlə davam edəcəyi deməkdir.
Ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 61,5% həddində proqnozlaşdırılır ki, bu da 2012-ci ilin yekununa nisbətən 8,8%, 2013-cü ilin proqnozuna nisbətən 3,1% çoxdur. Özəl sektorun ümumi daxili məhsulda payı 83,2% həddində proqnozlaşdırılır.
2014-cü il üzrə ÜDM-in sahə strukturunda sənayenin payı (ÜDM-in 41,8%-i) daha yüksək qiymətləndirilir ki, bunun da əsasını neft və qaz sənayesi (ÜDM-in 36,4%-i) təşkil edir.
Proqnoza əsasən bazar qiymətləri ilə ÜDM 2015-ci ildə 59 380,4 mln. manat, 2016-cı ildə 63057,6 mln. manat, 2017-ci ildə 67317,2 mln. manat təşkil edəcək.
Qeyd edək ki, 2013-cü ildə bazar qiymətləri ilə ÜDM-in 54 740,8 mln. manat olması prozqnozlaşdırılıb. 2012-ci ildə bu göstərici 53 995 mln. manat olacaq.