Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şəkidə içməli su təchizatı yaxşılaşdırılır- FOTO

Şəkidə içməli su təchizatı yaxşılaşdırılır- FOTO


"Azərsu" Açıq Səhmdar Cəmiyyəti içməli sudan əziyyət çəkən kəndlərdə su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir.



Belə layihələrdən biri Şəki rayonunun Qaratorpaq və Bolludərə kəndlərində həyata keçirilir. Layihənin birinci mərhələsi çərçivəsində magistral su xəttinin tikintisi başa çatıb və Qaratorpaq kəndinə içməli suyun verilməsinə başlanılıb.



ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu münasibətlə təşkil olunmuş mərasimdə Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov kəndə ilk dəfə olaraq içməli suyun verilməsini böyük nailiyyət adlandırıb, "Azərsu" ASC tərəfindən layihənin qısa müddətdə icra olunmasını yüksək qiymətləndirib.



"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov bildirib ki, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması xüsusi diqqətdə saxlanılır.



Tədbirdə çıxış edən kənd sakinləri Qaratorpaq və Bolludərə kəndlərində istifadəyə yararlı su mənbəyi və su şəbəkəsinin olmadığını bildiriblər. İçməli suyu uzaq məsafədən maşınlarla daşıdıqlarını deyən sakinlər problemin həllinə göstərilən köməyə görə ölkə rəhbərliyinə və "Azərsu" ASC-nin kollektivinə minnətdarlıqlarını ifadə ediblər.



Həyata keçirilən yeni layihə Qaratorpaq və Bolludərə kəndlərində 2200 nəfərin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur. Bu kəndləri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi kimi Oğuz rayonunun Söyüdlü kəndindəki su anbarı seçilmişdir. Layihənin birinci mərhələsi çərçivəsində su mənbəyindən Qaratorpaq kəndinə qədər 11 km uzunluğunda magistral su xətti çəkilib. Kənd ərazisində ümumi istifadə üçün 1 ədəd su bulağı və 1 ədəd su dayağı quraşdırılıb. Bu layihənin davamı olaraq növbəti mərhələdə rayonun Bolludərə kəndinə polietilen borularla 7 km uzunluğunda magistral su xətti çəkiləcək.


Teqlər:
Bu xəbər cəmi 1635 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR