Açıqlamasında prodüser Həsən Məmmədyarov Ferhat Göçerin ifasını çox bəyəndiyini bildirib:
“Səkkiz il əvvəl “Beyaz show”da “Kim bilir” mahnısı səslənmişdi və çox bəyənilmişdi. Bizə zəng edib Türkiyəyə dəvət etmişdilər. Bu mahnı o vaxtdan sevildiyi üçün Ferhatın ifa etməyinə təəccüblənmədim. Türk müğənni Ajda Pekkan da bu və “Həsrətinin yollarındayam” mahnısını çox bəyənir və bunu neçə dəfə dilə gətirib. Kimsə Türkiyədə bu mahnını ifa etməli idi, çünki mahnıda türk ruhu var. Eyyub Yaqubov Bakıdan kənarda olduğu üçün mahnını dinləməyib, dinlədikdən sonra ictimaiyyətə öz fikirlərini açıqlayacaq. Düşünürəm ki, türk müğənninin ifasında da bu mahnı çox gözəl alınıb”.