Oktyabrın 11 və 12-də Rus Dram Teatrında Böyük Britaniyanın “1927” teatr şirkətinin ifasında “Heyvanlar və uşaqlar küçələri zəbt etdilər” tamaşası nümayiş olunacaq.
“British Council”un Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində nümayiş olunacaq tamaşanın biletləri 6-11 manat arasında dəyişəcək.
Tamaşa 12 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulub.
Uşaqlara aktyor ifası, animasiya, film və musiqili komediya qarışığından ibarət bu qeyri-adi tamaşa təqdim olunacaq.
Real faktlar vahiməli nağıllar, qara yumor, kabare mahnıları və abstrakt fəza ilə qarışıq tamaşanın uşaqlar tərəfindən maraqla qarşılanacağı güman edilir.
Bildirək ki, “Heyvanlar və uşaqlar küçələri zəbt etdilər” tamaşası dünyanın bir çox ölkələrində yüksək mükafatlara layiq görülüb.
“British Council” mütəmadi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə, Rus Dram Teatrına və “Park Bulvar” kompleksinə öz minnətdarlığını bildirir.