Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Hidroböhran, hidromünaqişələr və hidrostrategiya” kitabının təqdimatı olub

“Hidroböhran, hidromünaqişələr və hidrostrategiya” kitabının təqdimatı olub


Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən SAM əməkdaşı Araz Qurbanovun “Hidroböhran, hidromünaqişələr və hidrostrategiya” kitabının təqdimat mərasimi olub.



Moderatorluğunu SAM-ın direktoru Fərhad Məmmədovun edəcəyi dəyirmi masada çıxış edən SAM direktoru bildirib ki, bu istiqamət çox maraqlıdır, çünki su Azərbaycanın strateji maraqlarına və hədəflərinə təsir edən amillərdən biridir.

 

Onun sözlərinə görə, su məsələsi hər zaman Azərbaycan üçün aktual olub. F.Məmmədov ölkəmizin su ehtiyatlarının Cənubi Qafqazda ən aşağı səviyyədə olduğunu vurğulayıb.



“Azərbaycanın gələcək inkişafını nəzərə alsaq, bu məsələyə strateji baxışın formalaşdırılması vacibdir. Su hüquqi, siyasi, iqtisadi məsələdir. Bu istiqamətdə dünya təcrübəsinin öyrənilməsi vacibdir. Eyni zamanda Azərbaycanın su strategiyasının formalaşdırılmasında dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti də öz töhfəsini verməlidir” - SAM direktoru deyib.



F.Məmmədov 1 litr təmiz suyun qiymətinin benzindən baha olduğumu xatırladıb. Əlavə edib ki, təqdim olunan kitab böyük tədqiqatın nəticəsidir və daim bu mövzu diqqətdə saxlanılacaq.



AMEA-nın müxbir üzvü, professor, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov kitabın əhəmiyyətindən danışıb. O, Azərbaycanın su ehtiyatlarının qonşu ölkələrə nisbətən az olduğunu, amma vəziyyətin o qədər də böhranlı olmadığını deyib.



Prezident Administrasiyasının əməkdaşı Ərəstu Həbibbəyli suyun geosiyasi faktor olduğunu bildirib.  



Kitabla bağlı danışan PA təmsilçisi deyib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji, su təcavüzü ətraflı şəkildə əksini tapıb.



Beynəlxalq təşkilatlara bununla bağlı faktların təqdim olunmasına baxmayaraq, təəssüf ki, hələ də adekvat reaksiya verilməyib.



Tədbirdə müzakirə edilən mövzulardan biri də Ermənistanın transsərhəd su ehtiyatlarını Azərbaycana qarşı geosiyasi təzyiq vasitəsinə çevirmək siyasəti və işğal altındakı ərazilərdəki hidrotexniki qurğulardan Azərbaycana qarşı hidrodiversiya və terror aktları törətmək niyyətləri ilə bağlı olub.



Müzakirə edilən mövzulardan biri də Ermənistan Respublikasının transsərhəd su ehtiyatlarını Azərbaycana qarşı geosiyasi təzyiq vasitəsinə çevirmək siyasəti və işğal altındakı ərazilərdəki hidrotexniki qurğulardan Azərbaycana qarşı hidrodiversiya və terror aktları törətmək niyyətləri olacaq.



Çıxışlarda SAM və AMEA Coğrafiya İnstitutunun təşkilatçılığı ilə 2013-cü ilin noyabr ayında bu məsələyə dair elmi-praktiki konfransın keçirilməsi təklif olunub.


Teqlər:
Bu xəbər cəmi 1520 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR