Maliyyə-kredit təşkilatları tərəfindən sentyabr ayının 1-nə kimi 14 mlrd. 455 mln. manat məbləğində kredit verilib.
Bu da ilin əvvəlindən 18%-dən çox, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 31%-dək artım deməkdir.
Bildirək ki, ilk səkkiz ayda verilmiş kreditlərin 764.8 milyon manatının ödəmə vaxtı keçib.
Bu müddətdə ticarət və xidmət sektoruna kredit qoyuluşu 2 206.9 mln. manat, inşaat və əmlak sektoruna 2 239.4 mln. manat, sənaye və istehsal sektoruna 1 413.1 mln. manat, ev təsərrüfatlarına 5 572.6 mln. manat təşkil edib.