Kolumbiyada ABŞ-a məxsus kiçik mühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə 4 nəfər ölüb.
Qəza Kolumbiyanın şimal-qərbində, Panama ilə sərhəddə baş verib.
Məlumata görə, təyyarənin göyərtəsində 5 ABŞ vətəndaşı və 1 nəfər panamalı olub.
Sağ qalan sərnişinlərin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır. İlkin versiyaya görə, qəzaya səbəb pis hava şəraiti olub.