Bu il ölkədə cəmi 3942 domen qeydə alınıb. Onlardan 2175-i qeydiyyatdan çıxarılıb və beləliklə, ilin əvvəlindən domen adlarının xalis artımı 1767 domen təşkil edib.
Hazırda Azərbaycanda 16921”*.az”, 711”*.com.az”, 168“*.edu.az”, 98”*.org.az”, 59”*.net.az”, 43”*.int.az”, 42 “*.co.az”, 39”*.pp.az”, 23 “*.info.az”, 11 “*.biz.az”, 3”*.name.az”, 1”*.mil.az”, 1 “*.pro.az” və 6 coğrafi adlardan ibarət domen adları istifadə olunur.
Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə 5478 domen adı olub. Lakin hər il yeni domenlərin yaradılması ilə yanaşı, istifadə olunmayan və ya xidmət haqqı ödənilməyən domenlərin qeydiyyatdan çıxarılması da müşahidə olunur və bunun nəticəsində 2012-ci ildə “*.az” domeninin xalis artımı 3039 domen adı təşkil edib, bu da 2011-ci illə müqayisədə 40% çoxdur.