Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şəhid ailələrinə avtomobil verildi

Şəhid ailələrinə avtomobil verildi


Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun iştirakı ilə Qax rayonunda yeni inşa olunmuş 4 mərtəbəli 36 mənzilli yaşayış binası Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə, habelə 8 ədəd minik avtomobili müharibə əlillərinə təqdim olunub.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni mənzillərin və avtomobillərin təqdim olunması mərasimində F.Ələkbərov əlil və şəhid ailələrinin mənzillə, müharibə əlillərinin avtomaşınla təminatı sahəsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan tədbirlərin son 10 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksələn xətlə davam etdirildiyini, bu müddətdə bütün sahələrdə olduğu kimi, sosial sahədə də mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb.

Bildirilib ki, 2003-2013-cü illərdə möhtərəm Prezident İlham Əliyevin tapşırığına əsasən, əlil və şəhid ailələri üçün mənzil tikintisi xeyli sürətlənib və müxtəlif bölgələrdə 4 mindən çox, ümumilikdə 1997-ci ildən bu vaxta qədər 5 minə yaxın mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə verilib.



2013-cü ilin sonunadək bir sıra bölgələrdə də çoxmənzilli yaşayış binalarının müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.



Hazırda əlil və şəhid ailələri üçün Bərdə, Şamaxı rayonlarının hər birində 1 ədəd 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan, Ağdam rayonlarının hər birində 1 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binaları da inşa olunur. Həmin binaların cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda, son 10 ildə müharibə əlillərinə 2800-dən çox maşın təqdim edilib. 1998-ci ildən bu vaxta qədər isə 3800-ə yaxın minik avtomobili imtiyazlı əlillərə verilib.



Cari ildə 280 ədəd minik avtomobilinin əlillərə verilməsi nəzərdə tutulur ki, onlardan 180-dək avtomobil artıq verilib. Qarabağ əlilləri və şəhid ailələri onlara göstərilən böyük diqqət və qayğıya görə möhtərəm dövlət başçımıza minnətdarlıqlarını bildiriblər.


Teqlər:
Bu xəbər cəmi 1845 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR