Oktyabrın 4-də Qaradağ rayonu ərazisində Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin asfalt-beton istehsalı zavodu fəaliyyətə başlayıb.
Neftqaztikinti” trestinin müdiri Mirkazım Abasov bildirib ki, İtaliyanın “AMMANN” şirkətinin istehsalı olan bu qurğunun istehsal qabiliyyəti 80 ton/saat təşkil edir.
Onun sözlərinə görə, zavod SOCAR-ın günbəgün artan tələbatının ödənilməsi və Qaradağ rayonunda fəaliyyət göstərən müəssisələrin sifarişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi məqsədi ilə inşa olunub.
Qeyd edək ki, yeni zavodun tikintisi 6 ay müddətinə başa çatdırılıb.