Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov bu gün Ağdam, Ağcabədi, Tərtər, Beyləqan, İmişli, Füzuli, Lacın və Xocavənd rayon sakinləri ilə görüşüb.
Görüşdən əvvəl nazir “Qarabağ Aqrar -Sənaye kompleksi” MMC-yə məxsus 1521 baş mal qaraya, “Aqrolizinq” ASC-nin xətti ilə gətirilmiş 1087 baş mal-qaraya, əsasən Holştin Friz, Simmental, Şarolle ətlik istiqamətli və 308 baş yeni doğulmuş buzovların saxlanma şəraiti ilə tanış olub. Nazir heyvanlar arasında virus xəstəliyi yayılması ilə əlaqədar ölkə rəhbərinin bilavasitə göstərişi ilə baytarlıq tədbirlərinin keçirilməsinə 2 milyon 350 min manat vəsait ayırdığını diqqətə çatdırıb.
Görüşdə fermer öz təsərrüfatındakı mal-qaranın cins tərkibi, məsuldarlığı barədə geniş məlumat verib. Fermer hazırda süd məsullarının yerli əhaliyə və ATENA südçülük zavoduna hər gün 8 ton süd satşından əldə etdiyi vəsaitə öz təsərrüfatını daha da genişləndirmək istəyini söyləyib. Görüş iştirakçıları fermerin istehsal etdiyi süd məhsullarının keyfiyyətinə də baxış keçirib. Nazir yeni alınmış cins mal-qaranın daha da artırılması üçün süni mayalama və damazlıq işinin gücləndirilməsini tövsiyə edib. Nazir, həmçinin heyvandarlığın inkişaf etdirilməsi və heyvandarlıq məsullarının artırılmasında güclü yem bazasının yaradılmasını da həlledici amil kimi qiymətləndirib.
Nazir, həmçinin Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında kimyəvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında 28 sentyabr 1999-cu ildə imzalanmış (ABŞ Azərbaycan Çətir sazişi) ABŞ Müdafiə Departamenti və Azərbaycan Respublikası Nazirlər Kabineti arasında bioloji silahların yayılmasının qarşısının alınması ilə əlaqədər 2013-cü ildə tam istifadəyə verilmiş Regional Baytarlıq Laboratoriyasının işi ilə də tanış olub.
Nazir son vaxtlar ölkənin bir sıra rayonlarında yayılmış “Bunyavirus” xəstəliyinin təsərrüfatda heyvanlara yoluxma vəziyyəti ilə tanış olub, həmçinin baytarlıq mütəxəssislərinin xəstəliyin qarşısının alınmasında həyata keçirdiyi tədbirlərlə maraqlanıb. Bölgə baytarlıq xidmətinin yerlərdə apardığı tədbirlərin nəticəsini görmək məqsədilə nazir İsmət Abasov bir neçə fərdi təsərrüfatda artıq müalicə olunmuş mal-qaraya baxış keçirib, bölgənin baytar həkimlərinə öz məsləhət və tövsiyələrini verib.
Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərin ortaq problemi olduğunu qeyd edərək, bunların həlli ilə bağlı aşağıdakı təkliflərini nazirin diqqətinə çatdırıblar:
istehsal edilmiş taxıl toxumunun satışına köməklik göstərilməsi;
süni mayalanma yolu ilə alınmış hər bir balaya görə dövlət tərəfindən subsidiyaların verilməsi;
kənd təsərüffatı məhsul istehsalçıları üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi;
müxtəlif kənd təsərrüfatı texnikalarının alınmasına köməklik göstərilməsi;
baytarlıq ləvazimatları ilə təchizatın yaxşılaşdırılması;
quşçuluğun inkişafına dövlət dəstəyi;
heyvandarlığın inkişafına kreditlərin verilməsi;
mini inəksağan aqreqatın alınmasına köməklik göstərilməsi;
üzümçülük sahəsinin inkişafına kreditlərin verilməsi və istehsal olunmuş məhsulun satışına köməklik göstərilməsi;
cins damazlıq düyələrin alınmasına köməklik göstərilməsi;
rayonlaşdırılmış kartof toxumunun alınmasına köməklik göstərilməsi;
pambıqçılığın inkişafına dövlət dəstəyi;
taxılyığan kombayının alınmasına köməklik göstərilməsi və digər məsələlər;
tədarük məntəqələrini yaradılması;
subartezian quyularının qazılmasına köməklik göstərilməsi.
Görüşdə kənd təsərrüfatı nazirliyi ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeliyində olan qurumların rəhbərləri iştirak edmiblər. Bölgə rayonlarında olan 62 vətəndaşın müraciətinə baxılıb.
Nazir hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb, müraciətlərin çox hissəsi isə müvafiq qurumlarla ,,Skaype” vasitəsilə canlı əlaqə yaradılaraq yerində həll olunub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun mümkün qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Görüşdən sonra nazir Ağcabədidə Fransa və Hollandiyadan gətirilmiş südçülük istiqamətindən olan yeni cinsin “BNS Aqro” keci təsərrüfatında saxlanma şəraitinə baxış kecirib.
Nazirlə görüşə gəlmiş bölgə fermerlərinin rahatlığı üçün lazımi şərait yaradılıb.