Bakının avtomobil bazarındakı qiymətlərdə ciddi dəyişikliklər yoxdur.
"İctimai bazar iştirakçıları" ictimai birliyinin direktoru Ramil Osmanov bildirib.
Onun sözlərinə görə, ötən illərlə müqayisədə avtomobil bazarında aktivlik müşahidə olunur.
"2012-ci ilin mart ayının nəticələrinə görə, Azərbaycana nəqliyyat vasitələrinin idxalı rekord həddə çatmışdı. Ölkəyə gətirilən avtomobillərin sayı 100 000-i keçmişdi. İdxalla yanaşı, avtomobil bazarında alıcılıq qabiliyyəti, avtomobil üçün kredit verən bankların sayı və kredit həcmləri də artıb. Bütün bu faktorlar avtomobil bazarında aktivliyə səbəb olub", - o əlavə edib.
Osmanov onu da qeyd edib ki, ən çox satılan avtomobillər arasında birinciliyi "Mercedes" qoruyur.
"Ən çox satılan avtomobillər isə 1998-2000-ci illərin istehsalı olan C-klas avtomobilləridir. İlkin avtomobil bazarında ən çox satılan sedan tipli avtomobil isə "Hyundai", "KİA" və "Nissan"dır. Universal tipli avtomobillərdən isə "Toyota" daha çox satılıb", - o deyib.