Natiq Məmmədov çıxış edərək bildirdi ki, 2008-ci ildən etibarən Azərbaycanda seçki məntəqələrində kameraların quraşdırılmasına başlanılıb: "Hazırda ölkənin 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bununla seçki prosesi səhərdən axşamadək izlənilir. 119 seçki dairəsini əhatə edəcək. 6 dairə işğal altında olduğundan onları əhatə etmək mümkün olmayıb.
MSK üzvü Akif Qurbanov çıxış edərək bildirdi ki, bu sahədə bir çox problemlər var. O, təkilf etdi ki, kameralar həm də seçkidə səs verən şəxsin səsverməsini də göstəsə daha yaxşı olar. O, bildirdi ki, əsasən problem seçicinin iradəsinə təzyiq olunub-olunmamasında özünü göstərir. Kameralar prosesi sona qədər göstərsə daha yaxşı olar.
N. Məmmədov bildirdi ki, bu maraqlı olsa da, hamı tərəfindən normal qəbul olunacağı gözlənilmir. M. Pənahov hazırda kameraların bu cür kökləməyin mümkün olmadığını bildirdi.