Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Metrobus Bakıya gələcək?

Metrobus Bakıya gələcək?
Nazirlik rəsmisi: "Müəyyən ölkələrdə metrobus öz səmərəsini verib"


Bakı şəhərində tıxac, ictimai nəqliyyatın problemlərinin həlli üçün müxtəlif işlər görülür, böyük layihələr həyata keçirilir. Paytaxtda körpü və tunellərin tikintisi, intellektual nəqliyyat sisteminin işə düşməsi də bu problemləri aradan qaldırmadı. Bakıda avtomobillərin sayının günbəgün artmasını nəzərə alsaq, tıxac probleminin həlli inandırıcı görünmür.



Dünyanın bir sıra ölkələrində sərnişindaşımanı asanlaşdırmaq üçün effektli nəqliyyat vasitəsindən - metrobusdan istifadə olunur. Metrobus ən müasir, əlverişli və üstün şəhər nəqliyyatı növüdür. Üç əsas müsbət parametri - qısa hərəkət intervalı və tez çatdırma, əhalinin yüksək sıxlığı olan şəhərin mərkəzi hissələrinə işləyə bilməsi, uyğunlaşma, ekoloji təmiz, alternativ nəqliyyat rejimi və komfortluğu özündə birləşdirir.



Metro ilə avtobusun birləşməsi nəticəsində meydana çıxmış bir ictimai şəhər sərnişindaşıma növünün Bakıda tətbiqi mümkündürmü?



Ekspertlər metrobusun Bakı şəhərində qurulmasını inandırıcı saymırlar. Müstəqil Nəqliyyatçılar Birliyinin sədri Natiq Ələkbərov Milli.Az-a açıqlamasında bildirdi ki, metrobusun tətbiqi əvvəlcədən planlaşdırılmalıdır. Onun sözlərinə görə, hansısa ölkədə metrobus tətbiq edilərkən həmin şəhərin infrastrukturu, tikintisi əvvəlcədən planlaşdırılıb: “Bakıda isə bunun tətbiqinə inanmıram. Heç Bakıda tıxacları aradan qaldıra bilmirlər. Şəhərdə avtobuslar üçün ayrıca yollar olmalıdır. Bakıda hərəkət o qədər sıxdır ki, pik saatlarında hərəkət tamamilə çətinləşir”.



Ekspert hesab edir ki, metro xətlərinin sıxlaşdırılması Bakı üçün metrobusdan daha səmərəlidir.



Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov metrobusun Bakı üçün hazırda gündəmdə olmadığını bildirdi. metrobusun Bakıda tətbiqinə zərurət var. Onun fikrincə, tıxacı aradan qaldırmaq üçün müxtəlif üsullardan biri də metrobus ola bilər. Çünki müəyyən ölkələrdə metrobus öz səmərəsini verib:



“Dünyanın bir çox ölkəsində yoxdur. Metrobus Cənubi Amerika ölkələrindən dünyaya yayılmış nəqliyyat vasitəsidir. Türkiyədə də tikilib. Azərbaycanda da gələcəkdə ola bilsin ki, bu mövzu müzakirə obyektinə çevrilsin. Metrobus üçün xüsusi yollar, zolaqlar lazımdır və sürətli yol olmalıdır. Ola bilsin ki, Bakının inkişafı ilə əlaqədar olaraq bu məsələ də müzakirə olunacaq. Amma hələ ki, müzakirə mövzusu deyil”.


Teqlər:
Bu xəbər cəmi 1745 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR