Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz kəçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.
Məlumata görə, cənub-qərb küləyinin sürəti 9-14 m/s təşkil edəcək, axşam şimal-qərb küləyinin sürəti 15-20 m/s, gecəyə doğru arabir 25 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 16-19, günün birinci yarısında 28 dərəcəyədək yüksələcək, axşama doğru 16-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.
Qeyd edək ki, meteoroloqlar ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı əhalini xəbərdar edirlər.
Məlumata görə, nisbətən mülayim hava şəraitindən sonra oktyabrın 4-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun tədricən 5-8° aşağı enəcəyi, fasilələrlə yağış yağacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.