Bu sözləri MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.
MSK sədri bildirib ki, ümumiyyətlə biz diplomatik nümayəndələrin vasitəsilə xaricdə yaşayan vətənadaşların səsvermə hüququnu təmin etmişik. Hesab edirəm ki, diplomatik missiya vasitəsilə Səuidiyyə Ərəbistanda da zəvvarların səsvermə hüququnu təmin edə biləcəyik”.
M. Pənahov İTV-dəki debatlara da münasibət bildirib:
“Sivil dünya bunlara alışıb. Hesab edilir ki, bu namizədin səviyyəsidir. Bununla həm də seçicilər namizədin səviyyəsi haqqında məlumatlanmış olur. Ancaq debatlarda prezidentin şərəf ləyaqətini ləkələmək olmaz. Milli Şuranın namizədi Cəmil Həsənliyə ciddi xəbərdarlıq edilib”.
Məzahir Pənahov Milli Şuranın MSK və İTV-nı məhkəməyə verməsindən də danışıb:
"Sivil insan kiminsə onu məhkəməyə verməsini normal qarşılamalıdır. Desəm ki, əla qarşıladım bu necə alınar, bilmirəm. MSK seçki prosesində namizədlərlə bağlı bütün atmosferi yaratmaq imkanına malikdir. Bu məsələ MSK-nın iclasında da müzakirə edilib.