Avropa.info xəbər verir ki, hadisə Milli Məclisin bu gün keçirilən iclası zamanı baş verib. "Azadlıq" radisonun əməkdaşı Maarif Çingiz oğlu parlamentdə jurnalistlər üçün nəzərdə tutulan otağa qalxarkən baş verib.
Belə ki, jurnalist pilləkəni qalxarkən yıxılıb və başı dirəyin tininə dəyərək yaralanıb. Başı partlayan və qana bulaşan "Azadlıq" radiosnun əməkdaşı Milli Məclisdəki Tibb məntəqəsinə aparılıb. Məntəqədə ona ilkin tibbi yardım göstərilib, qanaxmanın qarşısı alınıb. Məntəqədə jurnalistə bildirilib ki, bu ilk deyil, artıq neçənci adamdır ki, pilləkəni qalxarkən bu vəziyyət düşür.