Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

TRT-nin rəhbəri Bakıda mükafatlandırıldı

TRT-nin rəhbəri Bakıda mükafatlandırıldı
Bu gün Türkiyə Radio və Televiziya qurumunun (TRT) rəhbəri İbrahim Şahin “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB), Azərbaycan Mətbuat Şurası və Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi tədbirdə iştirak etmək üçün Azərbaycanda Atatürk Mərkəzində olub.

Görüşdə millət vəkilləri prof.dr.Nizami Cəfərov, prof.dr.Musa Qasımlı, Türkiyənin Azərbaycandakı böyükelçisi İsmayıl Alpər Coşğun, Quzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi Səadətdin Topukçu, Yunus Əmrə İnstitutunun Azərbaycan təmsilçisi Səriyyə Gündoğdu, Odlar Yurdu Universitetinin rektoru prof.dr.Əhməd Vəliyev, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İB-nin sədri Bayram Səfərov, TRT-nin koordinatorları Nasuhi Güngör, Ahmet Böken, mətbuat müşaviri Birol Uzunay, TRT Bakı təmsilçisi Yüksəl Dəyərcan, Azərbaycanın aparıcı media orqanlarının baş redaktorları, təşkilatçı qurumların rəhbərləri və başqaları iştirak edib. 


Tədbiri açıq elan edən millət vəkili dr.Qənirə Paşayeva “bir millətin iki dövləti” olan Azərbaycan və Türkiyənin yüzillərin sınağından çıxmış qardaşlığından danışaraq, diqqəti çağdaş dünya və informasiyanın bugünkü dünyada roluna yönəldib. Q.Paşayeva TRT-nin, erməni vandalizminə, Xocalı faciəsinə, Dağlıq Qarabağ probleminə, ümumən Azərbaycan həqiqətlərinə xüsusi diqqət ayırdığını vurğulayıb: “Azərbaycanda baş verənlər qardaş ölkəmizin TRT-si vasitəsi ilə geniş şəkildə hər zaman yayımlanır. Bu vəsilə ilə səsimizi bütün dünya eşidir. Ona görə də, ürəklə deyə bilərik ki, TRT bizim səsimizdir”.


Qənirə Paşayeva bildirib ki, TRT tək Türkiyənin deyil, Azərbaycanın da kanalı olduğunu öz çalışmaları ilə əyani şəkildə sübut edib: “Biz TRT-ni öz kanalımız hesab edirik. TRT respublikamıza, Qarabağ probleminə uğurlarımza ayırdığı diqqətlə, hazırladığı çoxsaylı veriliş və süjetlərlə bizim kanalımız missiyasını həyata keçirir”. 


Daha sonra TRT-nin rəhbəri İbrahim Şahinə Azərbaycanın nüfuzlu qurumları olan ABAİ İB, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun təsis etdiyi ödül - “Türk Dünyasına yüksək xidmət” plaketi və hədiyyələr təqdim edilib.


TRT-nin rəhbəri İbrahim Şahin görüşdə çıxış edərək, təşkilatçılara öz təşəkkürünü bildirib. O, Azərbaycan barədə ürək sözlərini çatdırıb və Azərbaycanın daim TRT-nin diqqətində olacağını da vurğulayıb.


Tədbirə Qənirə Paşayevanın tədbirdə edilən çıxışların, səsləndirilən inam dolu arzuların ümimiləşmiş ifadəsi kimi “İnşallah, çox keçməz ki, Qarabağı, Şuşanı azad edərik və bu gözəl xəbəri dünyaya ilk yayan da TRT olar” sözləri ilə yekun vurulub.   

Teqlər:
Bu xəbər cəmi 1700 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR