Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yol polisindən həyəcan təbili

Yol polisindən həyəcan təbili


Bu ilin 8 ayı ərazində Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələri zamanı 56 uşaq ölüb, 189 uşaq isə yaralanıb. Ölənlərin 21 nəfəri 7 yaşına qədər, 35-i isə 7-16 yaş arası, yaralananların 47-si 7 yaşına qədər, 142-si isə 7-16 yaş arası uşaqlardır. Ölənlərdən 23 nəfər, yaralananlardan 87-si sərnişin, ölənlərin 29-u, xəsarət alanların isə 91 nəfəri piyada qismində olan uşaqlardır.



Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.



Bununla bağlı həyəcan təbili çalan şöbə rəisinin sözlərinə görə, əvvəlki illərlə müqayisədə yol qəzalarında həm ölən, həm də yaralanan uşaqların sayı artıb: "2012-ci ilin analoji dövrü ilə müqayisədə ölən uşaqların sayı 11, xəsarət alanların sayı isə 24 nəfər artıb".



K.Əliyev yol qəzalarında uşaqların ölməsi və yaralanması ilə nəticələnən halların qarşısını almaq üçün bir sıra məsələlərə diqqət yetirilməsinin vacib olduğunu qeyd edib:



"12 yaşına qədər uşaqların avtomobillərin ön oturacaqlarda sərnişin qismində xüsusi qurğular olmadan daşınması qadağandır. Təəssüflər olsun ki, bizdə hələ də uşaqların ön oturacaqlarda sərbəst şəkildə, hətta valideynin qucağında daşınması halları var. Bu da qəza hadisəsi baş verəndə azyaşlıların ölümü ilə nəticələnir.



Azərbaycan qanunvericiliyində uşaqların arxa oturacaqlarda xüsusi qurğular vasitəsilə daşınması nəzərdə tutulmasa da, övladlarının təhlükəsizliyi naminə valideynlərə məhz belə qurğulardan istifadəni tövsiyə edirik. Qeyd edim ki, bir sıra ölkələrdə hətta arxa oturacaqlarda da uşaqların xüsusi qurğu olmadan daşınmasına icazə verilmir. Orta oturacaqda isə təhlükəsizlik kəmərindən istifadə edilməlidir. Uşaqlar olan avtomobildə xüsusilə sürət həddinə diqqət yetirilməlidir. Sərnişindaşıma nəqliyyatında isə avtomobilin vurulması və aşmasını nəzərə alaraq, valideyn uşaqları mümkün qədər şüşə tərəfdə otuzdurmamalı, ümumiyyətlə, bacardıqca uşaq üçün təhlükəsiz yer seçməlidir".



Şöbə rəisi əlavə edib ki, 8 ay ərzində velosipedli uşaqların vurulması faktı da qeydə alınıb. Həmin hadisələr zamanı 1 uşaq ölüb, 8 uşaq yaralanıb. Piyada kimi isə istər ölən, istərsə də yaralananların sayı çoxluq təşkil edib. Bu isə birbaşa valideynlərin üzərinə düşən məsuliyyətlə bağlıdır.



Valideynləri piyada keçidlərindən az istifadə etməkdə günahlandıran K.Əliyev onlara müraciətində uşaqları apararkən yalnız piyada keçidlərindən istifadə olunmasını tövsiyə edib: "Bu yaxınlarda şəxsən müşahidə etdim ki, uşaq məktəbə tək gedib gələndə yeraltı keçiddən istifadə edir, valideynlə gedəndə isə valideyn ona keçiddən keçməyə imkan vermir. Tələsdiyinə görə uşağı da yolun hərəkət hissəsinə çıxarıb həm qaydanı pozur, həm uşağın həyatını təhlükə altına qoyur, həm də uşaqda pis vərdişlərin yaranmasına səbəb olur. Valideynlər bilməlidirlər ki, elə bir məktəb, elə bir təhsil müəssisəsi yoxdur ki, yaxınlığında nizamlanan və ya nizamlanmayan piyada keçidi olmasın. Yolu mütləq həmin keçidlə keçmək lazımdır ki, uşağa bu vərdişlər aşılansın və uşaq valideynsiz hərəkət edərkən yolu qaydalara uyğun keçsin. Hansı yeraltı keçidə baxırsansa, uşaqları valideynsiz görürsən, lakin yuxarıda, yolun hərəkət hissəsinə çıxan valideynsiz olduqca az uşaq görmək olar".

Bundan əlavə, BDYPİ sözçüsü orta məktəblərdə uşaqlara yol hərəkəti qaydalarının öyrədilməsi işinə səhlənkar yanaşıldığından da narahatlığını dilə gətirib: "Məktəblərdə "Həyat bilgisi" fənninin tərkibində "Yol hərəkəti qaydaları" bölməsi var. Yaxşı olardı ki, orta təhsil müəssisələrində həmin dərslər lazımınca keçilsin. Hətta BDYPİ tərəfindən "Yol hərəkəti əlifbası" kitabı 10 min tirajla çap olunaraq orta məktəblərə pulsuz olaraq paylanıb ki, bu, dərsdə lazımi səviyyədə keçirilsin. Amma təəssüflər olsun ki, çox az sayda məktəbdə bu dərslər keçirilir. Əksər məktəblərdə demək olar ki, yol hərəkəti qaydaları ilə bağlı azyaşlılara ümumiyyətlə məlumat verilmir. Bu da sonda yollarda baş verən faciələrdə özünü göstərir".


Teqlər:
Bu xəbər cəmi 1160 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR