Azərbaycanın ən iri qarğıdalı istehsalçısı olan Balakən rayonunun təsərrüfatlarında bir-neçə gündür ki, qarğıdalı yığımına başlanılıb.
Rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən verilən məlumata əsasən, kənd təsərrüfatının bu gəlirli sahəsinə sakinlər arasında maraq ildən-ilə artmaqdadır. Belə ki, bu il rayonda qarğıdalı sahələri əvvəlki illə müqayisədə 618 hektar genişləndirilərək 7 min 60 hektara çatdırılıb.
Mütəxəssislərin hesablamalarına görə, cari mövsümdə qarğıdalı sahələrindən 43-44 min ton məhsul toplanılması nəzərdə tutulur.
Xatırladaq ki, ötən il rayonun tarixində rekord miqdarda – 41 min 76 ton dən qarğıdalı istehsal olunub.