Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi artıb.
Gürcüstan Milli Statistika Xidməti bu ilin səkkiz ayı ərzində Azərbaycan ilə ticarət dövriyyəsnin həcmi 840,61 milyon dollar təşkil edib.
Bu, Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 12,7 faizini təşkil edir. Məlumatda, həmçinin bu göstəricinin 2012-ci ilin eyni dövründəkindən 3,26 faiz çox olduğu qeyd edilir.
Azərbaycan Türkiyədən sonra Gürcüstanın ikinci ticarət tərəfdaşıdır. Üçüncü yerdə isə Ukraynadır.
Cari ilin 8 ayında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 6,64 milyard dolları təşkil etdiyi və bunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,13 faiz az olduğu bildirilir.