Səhər saatlarında Babək Plazanın (Ramstrore-nin yaxınlığı, Babək prospekti) qarşısından keçən insanlar yol kənarında mərmərdən hazırlanmış iri və dairəvi daş görüblər. Bu hadisə yol kənarında maşın saxlayan şəxsləri daha çox narahat edib.
Bəlli olub ki, həmin daş prospektdəki körpünün girişindəki dekorativ dirəyin üstündəki bəzək daşıdır. Daşın ağırlığına tab gətirməyən sütun çöküb və dairəvi daş prospekti də keçərək həmin əraziyə gəlib çıxıb.
Daş o qədər ağırdır ki, 10 nəfər onu qaldıra bilmir. Süpürgəçi qadınlar daşın altını bərkidiblər ki, dığırlanıb uzaqlaşmasın və avtomobilləri əzməsin.