Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İlham Əliyev Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışında iştirak edib

İlham Əliyev Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışında iştirak edib


Sentyabrın 28-də Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olmuşdur.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.



Azərbaycanın müstəqilliyinin ilk illərində meliorasiya və irriqasiya sistemi bərbad vəziyyətə düşmüşdü. Ulu öndər Heydər Əliyev ilk xarici sərmayəni bu sahəyə yönəltməklə həmin kompleksin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına start vermişdir. Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına da kəskin ehtiyac duyulurdu.



Tezliklə bu layihə çərçivəsində Azərbaycan-Rusiya sərhədində yerləşən, Samur çayı üzərindəki Baş Hidroqovşaq, Baş Suqəbuledici və Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi əsaslı təmir edilmiş, həmçinin ən müasir standartlara cavab verən Xanarx kanalı, Baş Sudurulducu Qurğu və 188 kilometr uzunluğunda təsərrüfatlararası beton kanallar inşa olunmuşdur.



2007-ci ildə isə Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasına başlanmışdır. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sifarişçisi olduğu həmin layihəni "Azərkörpü" - indi Avropa-Asiya İnşaat Korporasiyası "Yevraskon" Açıq Səhmdar Cəmiyyəti adlanan iqtisadi qurumun rəhbərlik etdiyi konsorsium həyata keçirmişdir.



Cəmi bir neçə il ərzində Vəlvələçaydan Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük həcmdə işlər görülmüşdür. İlk növbədə Vəlvələçay-Taxtakörpü kanalının təxminən 11 kilometrlik hissəsi istismara hazır olmuş, 2011-ci il avqustun 15-də rəsmi açılış mərasimi keçirilmişdir. Vəlvələçay-Taxtakörpü kanalının tikintisinin ilk mərhələsi İslam İnkişaf Bankının vəsaiti hesabına aparılmışdır. Ən müasir inşaat işlərində olduğu kimi, burada da kanalın beton üzlüyü xüsusi betondöşəyən maşınlar vasitəsilə qoyulmuşdur.



2013-cü il iyulun 19-da isə 34 kilometr uzunluğunda Vəlvələçay-Taxtakörpü kanalının ikinci hissəsinin istismara buraxılması və Taxtakörpü su anbarına suyun verilməsinə başlanması münasibətilə növbəti rəsmi mərasim keçirilmişdir. Vəlvələçay-Taxtakörpü kanalının 24 kilometr uzunluğunda ikinci hissəsi və onun sutullayıcı qurğusu Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına inşa edilmişdir. Olduqca çətin və mürəkkəb relyefli ərazilərdən keçən bu kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılmışdır. Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür.



"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Azərbaycan Prezidentinə və xanımına bu irimiqyaslı layihə üzrə aparılan işlər və mühüm hidrotexniki qurğular barədə ətraflı məlumat verdi.



Qeyd edildi ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq su anbarı və su elektrik stansiyası Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılan vəsait hesabına tikilmişdir. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdən eni 754, hündürlüyü 142,5 metrdir. Bu, nəinki regionda, o cümlədən Avropada ən hündür torpaq bəndlərdən biridir. Buradakı qəza sutullayıcının uzunluğu 891, suqəbuledici qurğunun uzunluğu 43,6, enerji tunelinin uzunluğu isə 543 metrdir. Qapı şaxtası 56 metr dərinlikdədir. Burada müasir işıqlandırma sistemi quraşdırılmış, ərazidəki yollara asfalt döşənmişdir. Bakı-Rusiya Federasiyası dövlət sərhədi magistral avtomobil yolundan Taxtakörpü su anbarına ayrılan yol boyunca, həmçinin bütün ərazidə böyük həcmdə abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir.



Təkcə Taxtakörpü su anbarının bəndinin gövdəsində 23 milyon kubmetrdən çox torpaq işi görülmüşdür. Ümumilikdə Taxtakörpü su anbarı, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasında 86 milyon kubmetrdən çox torpaq, 817 min kubmetr dəmir-beton, eləcə də 62,7 min ton metal və armatur işləri yerinə yetirilmişdir. Tikintinin gur vaxtında burada mindən çox fəhlə və mütəxəssis çalışmışdır.



Bildirildi ki, Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcəkdir. Bu layihə respublikanın şimal zonasında ekoloji tarazlığın təmin edilməsinə də böyük töhfədir. Bütövlükdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində dörd mərhələdə reallaşdırılacaqdır.



Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bəndin üzərində xatirə şəkli çəkdirdilər.



Taxtakörpü su anbarında görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışında iştirak etdilər.



Taxtakörpü Su Elektrik Stansiyasının da ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.



"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısı İlham Əliyevə energetika qurğusu barədə məlumat verdi. Qeyd olundu ki, ən müasir standartlara cavab verən su elektrik stansiyasında ümumi gücü 25 meqavat olan üç hidroaqreqat quraşdırılmışdır. Stansiyada sərfiyyata nəzarət hovuzu yaradılmışdır. Buraya su xüsusi ötürücü vasitəsilə verilir. Hovuzdakı dörd qapıdan üçü elektrik enerjisinin alınması məqsədilə suyun turbinlərə verilməsinə xidmət edir. Həmin hovuzdan dəryaçaya sutullayıcı inşa edilmişdir. Taxtakörpü-Ceyranbatan kanalında gələcəkdə təmir aparılmasına ehtiyac olarsa və ya digər zəruri hallar yaranarsa, hovuzdakı normadan artıq su sutullayıcı vasitəsilə dəryaçaya yönəldiləcəkdir. Su elektrik stansiyası və açıq paylayıcı qurğuda əsasən Almaniya, Çexiya və digər xarici ölkələrdən gətirilən avadanlıq quraşdırılmışdır. Tikinti-quraşdırma işlərini əsasən yerli mütəxəssislər yerinə yetirmişlər. Bu prosesin reallaşmasına Almaniya, Çexiya və Türkiyədən dəvət olunan mütəxəssis və quraşdırıcılar da cəlb edilmişlər. Stansiyanın generasiya zalının sahəsi 923 kvadratmetrdir. Dispetçer otağında son elmi-texniki yeniliklərə əsaslanan avadanlıq quraşdırılmışdır. Stansiyanın daxili sərfiyyatı xüsusi otaqdan qidalanacaqdır. Qapalı paylayıcı qurğu, qəza dizel generatoru, digər qurğu və avadanlıq da inkişaf etmiş ölkələrin energetika obyektlərindəki standartlara uyğundur. 110 kilovoltluq açıq paylayıcı qurğu da mükəmməlliyi ilə seçilir.



Burada Almaniyanın "Siemens" şirkətinin avadanlığı quraşdırılmışdır. Üç transformator, ifrat gərginlik boşaldıcısı, gərginlik və cərəyan transformatorları, eleqaz açarları, şin ayırıcıları, 110 kilovoltluq şinlərarası eleqaz açarı ən müasir avadanlıqdır. Açıq paylayıcı qurğudan elektrik enerjisi 110 kilovoltluq hava xətləri vasitəsilə 110 kilovoltluq 1-ci Xaçmaz hava xəttinə və 110 kilovoltluq 4-cü Siyəzən hava xəttinə ötürülür.



Prezident İlham Əliyev su elektrik stansiyasını işə saldı.



Bununla da Taxtakörpü-Ceyranbatan kanalına suyun verilməsinə başlandı.



Dövlətimizin başçısı Taxtakörpü Su Elektrik Stansiyasının dispetçer otağı ilə tanış oldu.



Prezident İlham Əliyevə stansiyanın iş rejimi barədə məlumat verildi. Qeyd edildi ki, bu energetika qurğusu şimal bölgəsi rayonlarının elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaqdır.



Bildirildi ki, Taxtakörpü su anbarında toplanan sudan elektrik enerjisinin alınması ilə yanaşı, içməli, texniki və suvarma suyu kimi də istifadə olunur. Taxtakörpü Su Elektrik Stansiyasından su Taxtakörpü-Ceyranbatan kanalı ilə Ceyranbatan gölünə verilir. Taxtakörpü-Ceyranbatan kanalının 1,3 kilometrlik hissəsindən sonra su 5,1 kilometr məsafədə təzyiqli boru vasitəsilə ötürülür. Taxtakörpü-Ceyranbatan kanalının uzunluğu 110 kilometr, dərinliyi 4, dibdən eni 2,1 metrdir.



Taxtakörpü-Ceyranbatan kanalı da Vəlvələçay-Taxtakörpü kanalı kimi olduqca çətin relyefə məxsus ərazidən keçir. Bu kanalların orijinallığı ondan ibarətdir ki, Samur-Abşeron kanalından götürülən su Ceyranbatan gölünə qədər dağlar boyunca yalnız öz axını ilə hərəkət edir. Bu da hər il orta hesabla 167 milyon kilovatt/saat elektrik enerjisinə və ya 13-15 milyon dollar məbləğində vəsaitə qənaət olunması deməkdir. Taxtakörpü-Ceyranbatan kanalı üzərində mürəkkəbliyinə görə bir-birini üstələyən 238 hidrotexniki qurğu inşa olunmuşdur.



Dəmir-beton üzlüklü açıq kanalların uzunluğu 84 kilometrdən çoxdur. Dərinliyi 35-45 metrə çatan dərələr və çaylarda dəmir və dəmir-beton dükerlər quraşdırılmışdır. Dağın altından keçən tunelin hündürlüyü 70, uzunluğu 1454 metrdir. Taxtakörpü-Ceyranbatan kanalı Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı çərçivəsində yenidən qurulan Abşeron kanalı ilə paytaxtın qəsəbələrinə suvarma suyunun verilməsinə də imkan yaradır. Ümumilikdə, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və belə yüksək səviyyəli digər layihələr ölkəmizin durmadan artan iqtisadi qüdrətinin və Azərbaycan insanının intellektual potensialının tükənməzliyinin əyani nümunələridir.



Sonra Prezident İlham Əliyev Şabran rayon ictimaiyyətinin nümayəndələri, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin əməkdaşları, konsorsiuma daxil olan tikinti şirkətlərinin mütəxəssisləri və inşaatçılar ilə görüşdü.


Teqlər:
Bu xəbər cəmi 1690 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR