“Apple”in ən böyük rəqibi “Samsung” “iPhone 5S” üçün detal istehsal edib.
bu iki şirkət bir-birilərinə qarşı dəfələrlə məhkəmə davası açan, bir-birilərindən milyonlarla dollar həcmində təzminat tələb edən əzəli rəqiblərdir.
Halbuki bu iki nəhəng firmanın yeni məhsullar istehsal edəndə bir-birilərindən dəstək aldıqlarını çox az adam bilir.
“ıPhone 5S” adlı telefonu sökən təchizatçılar ondakı 64-bit “ARM A7” prosessorun “Samsung” tərəfindən istehsal olunduğunu öyrəniblər. Adıçəkilən prosessor “Samsung Galaxy S4”-də istifadə olunan “Exynos 5410” ilə eyni yerdə hazırlanıb.
Görünən odur ki, bu iki rəqib firma bir-birilərindən imtina edə bilmirlər. Sözügedən firmalar əllərinə düşən hər fürsətdə qarşı tərəfə od püskürsələr də, fabriklərində bir-birilərinə lazım olan avadanlıqlar hazırlayırlar.
Qeyd edək ki, “Samsung”un özü də “Apple”ə aid bir çox patentdən istifadə edir.