Artıq proqrama Xankəndi və Şuşa şəhərləri də daxil edilib. Acınacaqlı hal odur ki, proqramda Xankəndi şəhəri qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı kimi təqdim olunur. Şuşa şəhəri də erməni şəhəri kimi göstərilir.
Proqramda şəhərlər şəkillər və interaktiv şəkildə nümayiş etdirilir. Ermənilər Azərbaycanın işğal altında olan ərazilərinə aid saxta şəkillər yükləyərək ərazilərin erməni torpaqları təsiri bağışlamasına çalışırlar. Çox təəssüf ki, bədnam qonşularımızın cəhdi uğurlu alınır. Həmin sayt özəl olduğu üçün orda istənilən şəxsin daxil olaraq şəkil, xəritə yerləşdirmək imkanı var. Təəssüf ki, ermənilər bu məsələdə passivlik göstərməyimizdən istifadə edərək vəziyyəti öz xeyirlərinə dəyişə biliblər.
Dövlət Torpaq Xəritəçəkmə Komitəsi məsələylə bağlı "Google”a rəsmi etiraz məktubu göndərsə də eyni mənzərə təkrarlanmaqdadır. Qeyd edək ki, "Google Earth" proqramı vasitəsilə dünyanın istənilən nöqtəsinə virtual səyahət etmək mümkündür. Eyni zamanda sayt vasitəsilə planetin istənilən nöqtəsində olan ərazilərə, yaxud onlarla bağlı fotolara baxmaq olur.(anspress)